Ermənilərin Gəncə terroru Belçika mətbuatında işıqlandırıldı Siyasət

Ermənilərin Gəncə terroru Belçika mətbuatında işıqlandırıldı

Məqalələrdə Belçikadakı soydaşımızın erməni vandalizmi haqqında dedikləri yer alıb

Ölkəmizdə baş verənlər Azərbaycandan kənarda yaşayan soydaşlarımızın da diqqətindən kənarda qalmır. Xaricə yaşayan soydaşlarımız, ayrı-ayrı təşkilatlar Azərbaycanın haqq səsini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırmaq üçün əllərindən gələni edirlər.

Xalqcebhesi.az xəbər verir ki, belə şəxslərdən biri də Belçikada yaşayan həmyerlimiz, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçidir.

Bu yaxınlarda Ayxan Dəmirçi və təşkilatın bir neçə üzvü Belçikadakı Ham bələdiyyəsində ucaldılmış “Qarabağ atı” abidəsini ziyarət edərək ora gül dəstələri qoyublar. Məqsəd ermənilərin Gəncə və Bərdədə raket atışları zamanı həlak olanları, zərər çəkənləri yad etmək və yerli ictimaiyyətin diqqətini baş verənlərə çəkmək olub.

Sevindirici haldır ki, soydaşlarımız məqsədlərinə çatıblar. Belə ki, onların sözü gedən abidəni ziyayarəti barədə xəbər Bekçikanın iki nüfuzlu qəzetində verilib.

Xəbərdə Ayxan Dəmirçinin bu fikirləinə də yer verilib: “Ham bələdiyyəsi ilə Azərbaycan arasında bir dostluq əlaqəsi var. Odur ki, biz bu abidəni məhz burada ucaltmışıq. Bu gün bu abidəni ziyarət etməklə Azərbaycanda gedən müharibəyə, ermənilərin dinc sakinləri öldürdüyünə diqqət çəkmək istəmişik. Təkcə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket atmaqla ermənilər 15 nəfərin həyatına son qoydular ki, bunun da ikisi uşaqdır, 45 nəfəri isə yaralıdır. Bütün bunlar isə humanitar atəşkəsin qüvvədə olduğu vaxt baş verib. Yəni ermənilər atəşkəs şərtlərinə əməl etmirlər. Bu isə bizi çox narahat edir və orda baş verənlərə yerli insanların diqqətini çəkmək istəyirik”.

Yazılara bu linklərdən daxil olmaq olar;

https://www.nieuwsblad.be/cnt/dmf20201030_96712256?fbclid=IwAR2OsWWDLAX8fREIu726uBok0cXWl-dbeYf3ljc1TkNVaeJovOP0rr5E0ys

https://m.hbvl.be/cnt/dmf20201030_96712256?fbclid=iwar0k3qzngpodtcdoynqvkmyfn7xdafmmkwg0hywigb0owypdxvcqrspotnu