Dünyanın ikiüzlü siyasəti Siyasət

Dünyanın ikiüzlü siyasəti

Arzu Şirinova

Noyabrın 2-də Avstriyanın paytaxtı Vyanada bir qrup naməlum şəxs altı yerdə hücumlar təşkil edərək terror aktı törətdi. Bu zaman ölənlər və yaralananlar oldu.Olayın üstündən az keçmədən dünyanın aparıcı dövlətləri başda olmaqla, hər bir dövlət baş verən terror aktını qınadılar, Avstriyanın yanında olduqlarını bildirdilər. Hətta Rusiyanın Rossiya -1 televiziya kanalı 60 dəqiqə verilişini bu terror aktına həsr etdi. Əslində burda təəccüblü heç nə yoxdu və normal bir şeydi ki, dünya terror aktını qınayır və lazımi ölçü götürülməsini bəyan edir. Ancaq Azərbaycan xalqı üçün təəccüblü və normal olmayan məsələ odur ki, demokratiya, insan haqları, söz azadlığı və bu kimi kəlamlardan istifadə edən əksər dövlətlər-supergüclər-30 ildir terrorçu Ermənistanın Azərbaycan dövlətinə və xalqına qarşı işğalçılıq siyasətinə göz yumdular, Bakının mərkəzində metroda erməni terroçularının törətdikləri qanlı faciəyə, bundan öncə Xocalıda yaşatdıqları soyqırıməna səssiz qaldılar. Ermənilərin terroçubaşı yazar Zori Balayan Xocalıda 13 yaşlı qızın dərisini necə soyduqlarını, ona əzab verərək ləzzət aldıqlarını, hətta ruhlarının dinclik tapdıqlarını əsərində etiraf etsə də, bu terrorist haqqında nəinki ölçü götürülmədi, hətta qınanmadı belə.Bu gün də Zori Balayan əlini qolunu sallayaraq dünya dövlətlərində rahatlıqla gəzir. Halbuki Xocalı söyqırımında əli olanlar, əlləri Azərbaycan xalqının qanına bulaşanlar vaxtında cəzalarını çəksəydilər bu gün Gəncə, Bərdə, Tərtər şəhərlərində erməni terroristləri əvvəlki əməllərini təkrarlamazdılar.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəsi növbəti dəfə pozaraq işğal etdikləri Azərbaycan torpaqlarından dinc əhaliyə hücum etməyə başladılar. Səbri tükənən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev düşmənə lazımi cavab verilməsini tapşırdı. O gündən bu günə Azərbaycan ordusu tarix yazdı və işğal altındakı torpaqlarımızı terrorçu ermənilərdən azad etməyə başladılar. Azərbaycanın hərbi uğurunu həzm edə bilməyən ermənilər ənənələrinə sadiq qalaraq terror əməllərini işə saldılar. Tərtərin mərkəzini, ətraf kəndləri darmadağın etdilər. Bu azmış kimi döyüş bölgəsindən onlarca kilometrlərlə aralı Azərbaycanın yarım milyon əhalisi olan ikinci şəhərini-Gəncənin mərkəzini qadağan olunun silahlarla atəşə tutdular. Ermənilərin bu vandallığı humanitar atəşkəs elan olunan günə təsadüf elədi. Halbuki Ermənistanın ağıldan seyrək baş naziri Paşinyan özü dünya liderlərinə yarvarmışdı ki, Azərbaycanı atəşkəsə razı salmağa kömək etsinlər. Azərbaycan da humanitar atəşkəsə razılaşmışdı və əməl edirdi. Düşmən isə razılaşmanı pozdu və dinc əhlini terrora məruz qoydu. Oktyabrın 10-da, 17-də Gəncəni bombardıman edən erməni terrorçuları, növbəti humanitar atəşkəs reşimini oktyabrın 26-da və 27-də pozaraq bu dəfə Azərbaycanın qədim şəhəri Bərdəni hədəf aldılar. Uşaqlar, qadınlar, qocalar olmaqla sentaybrın 27-dən bu yana Azərbaycanın 91 mülki şəxsi erməni terrorunun qurbanına çevrildilər. Yüzlərcə insanımız yaralandı. Hələ mən fərdi yaşayış evlərinin və digər binaların darmadağın olmasından, dəyən ziyanın məbləğindən danışmıram.
Bütün bunlar dünyanın gözləri qarşısında baş verirdi. Ancaq dünya susurdu. Çünki dünya dövlətləri 30 ildir Azərbaycanın haqq işinə susub və seyirçi olublar. Ancaq bu vaxt o vaxt deyil. Terrorçu ermənilər canımızı acıtsalar da torpaqlarımızdan vaz keçməyəcəyik. Azərbaycan bayrağı tezliklə Şuşada, Laçında, Xocalıda, Ağdamda, Xankəndində dalğalanacaq. Və biz birlikdə yaralarımızı saracağıq. Qardaş Türkiyənin mənim üçün şedevr filimlərindən olan “Diriliş Ərtoğrul”da Ərtoğrula sual verirlər :”Hər kəs üstümüzə gəlir. Bunlarla necə baş edəcəyik?” Ərtoğrul deyir:”Bizim dayağımız Ulu Tanrıdır. Biz birlikdə güclü olduqdan sonra kimsə bizi yenə bilməz”.
Bəli, bu gün Azərbaycan xalqı birlikdə güclüdür. Bu gücə bizə mənəvi və siyasi dəstək verən qardaş Türkiyə də güc qatandan sonra gücümüz yüz qat artıb. Dayağımız isə haqqın, əadalətin yanında olan Ulu Tanrıdır.