Ermənilər düşünməsinlər ki, onların bu vəhşiliyi cavabsız qalacaq - Deputat Siyasət

Ermənilər düşünməsinlər ki, onların bu vəhşiliyi cavabsız qalacaq - Deputat

Ermənilər yenə də öz murdar və mənfur ənənələrinə sadiq qalaraq Kəlbəcərdən çıxarkən vəhşilik, vandallıq edirlər, ekoloji terror törədirlər.

Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı:

“Bildiyiniz kimi Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməlidir. Kəlbəcərin tərk edilməsi prosesinin noyabrın 15-ə qədər başa çatması nəzərdə tutulurdu, lakin Ermənistan tərəfi əlavə 10 gün də vaxt istədi və bununla bağlı xahişi Rusiya tərəfi Azərbaycana bildirdi.

Azərbaycan humanistlik göstərərk daha 10 gün vaxt verdi. Lakin Azərbaycanın bu humanist addımına baxmayaraq Ermənilər öz murdarlıqları və barbarlıqlarını davam etdirirlər, Kəlbəcəri tərk edərkən evləri yandırırlar, infrastrukturu məhv edirlər, ağacları kəsirlər, meşələrə od vurular. Halbuki Kəlbəcər əhalisi oradan çıxarkən evlərini salamat qoyub çıxmışdılar və bu gün yandırılan evlər onlara məxsusdur. Ermənilər onlara məxsus olmayan evləri yandırırlar”.

Deputat bildirib ki, erməni terrorçuları 1993-cü ildə Kəlbəcəri işğal edərkən mülki əhalinin çıxması üçün cəmi 10 saat vaxt vermişdi: “Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalidən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olub, yüzlərlə insan girov və ya itkin düşüb. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı erməni ordusu tərəfindən qarət olunub. Bu gün baş verənlər həm də humanist, tolerant Azərbaycan və terrorçu, faşist Ermənistan arasındakı fərqi anlamaq üçün mühümdür”.

Deputat vurğulayıb ki, ermənilər düşünməsinlər ki, onların bu vəhşilikləri cavabsız qalacaq: “Ümumiyyətlə ermənilərin 30 il ərzində işğal olunmuş ərazilərimizdə törətdiyi vəhşiliklər, evlərə, mülki obyektlərə, təbiətə vurduğu ziyanlar hamısı qiymətləndiriləcək və onlardan təzminat tələb olunacaq. Necə ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, eləcə də vurulmuş ziyanın əvəzini ödətdirəcək”.