21 Sentyabr 18:58
21 Sentyabr 17:37
21 Sentyabr 17:36
Mikayıl Cabbarov dağ-mədən və metallurgiya sənayesi ilə bağlı əsas çağırışları açıqlayıb
Dövlət başçısı: Bizim perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir
Nazir: Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyat genişləndiriləcək
Husilər: Səudiyyə Ərəbistanının həbsxanaya zərbəsi nəticəsində 9 əsir həlak olub
17 Noyabr 2020 13:53
2 261
Cənab Prezident qalib Baş Komandandır. Füzuli və Cəbrayıla da qalib kimi gedib və oradakı vəziyyətlə şəxsən tanış olub, mövcud şəraiti yerində dəyərləndirib. Bu həm mənəvi, həm də psixoloji anlamda çox önəmli və ciddi bir hadisədir. Çünki cənab Prezidentin məlum səfəri insanlarda, bölgədə böyük ruh yüksəkliyi yaratdı. Qələbənin əsas memarı olan İlham Əliyev Qarabağda böyük coşqu ilə qarşılandı.
Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat bildirib ki, müharibə yeni bitib, bu baxımdan bölgə hələ də təhlükəli hesab olunur. Amma Prezident İlham Əliyev hər şeyi gözə alaraq və əsl Ali Baş Komandan şücaəti göstərərək tez bir zamanda məlum səfəri reallaşdırdı:
"Bu faktın özü ölkə rəhbərinin xalqa, insanlara, orduya, vətənə necə bağlı olmasının əyani sübutudur.
Prezident İlham Əliyevin Qarabağ bölgəsində söylədiyi fikirlər, verdiyi mesajlar bir daha onu göstərir ki, xalqla lider arasında olan birlik bütün maneələri aşmağa qadirdir, bütün qələbələrin açarıdır, bütün gözəl günlərin və xoş gələcəyin qarantıdır, müjdəsidir. Eşq olsun qalib Baş Komandana. Qarabağ Azərbaycandır!”.
15:06
259
15:06
273
14:37
434