Ermənilər torpağın üstündə deyil, altında artır.. Siyasət

Ermənilər torpağın üstündə deyil, altında artır..

Patrik Lankaster-amerikalı Peqov…

Onu dünyaya belə təqdim etmək daha doğru olar.”Yalan bayrağı” altında hərəkət edən və Qərb demokratiyasının nəhəng informasiya-təbliğat akademiyalarında peşəkarlaşan jurnalistikanın nümayəndələrindən biri də məhz odur. Əgər milyonçu Qabrielyanın alçaldıcı təhqir-təlimlərindən keçən rusiyalı jurnalistin bütün fəaliyyəti hibrid müharibənin qanunlarına tabe etdirilibsə və biz döyüş meydanlarında gedən şiddətli toqquşmaların həlledici anında, yerində daim pozuculuğun, qorxu yaymağın, saxta qalibiyyət səhnələrinin şahidi oluruqsa, ikincinin fəaliyyət texnologiyası daha məkrli və mürəkkəbdir.
Lankaster qaynar nöqtələrdə özünə böyük təcrübə toplayıb.Bosniya-Hersoqovina, Kosovo və nəhayət, Donbas ətrafında gedən silahlı, yaxud siyasi savaşların episentrində həmişə özünün bərbad rus dili ilə ön xətdə, səngərdə hərbçilər və mülki adamlar arasında görünür. Doğrudur, onun belə geniş trayektoriyada həyata keçirdiyi könüllü özünüfədası bir dəfə də olsun media nəhəngləri BBC, CNN və başqaları tərəfindən qiylətləndirilməyib, onun reportajları retranslasiya olunmayıb, yaxud Patrikin raket yağışı və mərmilər altından istehsal etdiyi qanlı filmlərə istinadlar edilməyib.Məsələn, 2014-cü ildə Ukraynanın şərqində müəmmalı şəkildə vurulan MH17 təyyarəsinin və həyatını itirən 298 sərnişinin cəsədləri, qalıqlarından onun sensasiyalı tapıntıları yalnız yerli medianın müxtəlif reaksiyalarına səbəb olub və istintaqçılar mötəbər mənbə kimi müstəqil jurnalistin xidmətindən yararlanmayıb.https://www.rtlnieuws.nl/nieuws/nederland/artikel/4299321/omstreden-journalist-rommelt-met-stoffelijke-resten-mh17
Ona görə də ilk baxışda sahibsiz, daim xalqdan fəaliyyəti üçün yardımlar istəyən şübhəli reputasiyaya malik adamın “Artsax xalqının müsəlman terrorçularına qarşı müəqqədəs savaş meydanı”na transferi qətiyyən təəccüblü deyildi.Şübhəsiz, onun ətrafında müxtəlif xəfiyyə strukturlarının məxfi direktivləri mövcuddur.Totalitar quruluşlarının jurnalistikasından fərqli olaraq, Qərb təbliğat kursunun peşəkar müdavimləri əvvəlcə hadisə rayonunda “təsadüfi” peyda olur, sonra faktları “korrektə etmədən” ictimaiyyətə çatdırır, hətta əksər hallarda, həqiqətdən özünə zireh düzəldərək abunəçilərin və on minlərlə neytral mövqe sahiblərinin inamını qazanır, vicdanlı və obyektiv mənbəyə çevrilir.Bax, əsil utanmazlıq və gerçəklikliyin amansız təhrifi də məzh bundan sonra başlayır.
Siz onun youtube kanalı, fb səhifəsi ilə dərindən tanış olduğunuzda iddia etdiyi kimi, Qarabağ döyüşlərini onun platformasında izləyənlərin 3 milyon olduğunu görəcəksiniz.Lakin bu yalnız statistikadır, tərəfdar sayı deyil.Patrik Lankasterin erməni əsgərləri ilə çiyin-çiyinə dayanıb özünə profil şəkli etdiyi şəxsi youtube bloqunda onun iki dövlətin müharibəsindən bəhs edən 29 reportajı var.Onun bir dəfə də olsun, xəritədən yararlandığını görməyəcəksiniz, ara-sıra bələdçi xidmətindən istifadə edərkən də sözügedən şəxs arxa planda qalmağa çalışır və kadrlara düşmür. Suverenliyi və bütövlüyü uğrunda döyüşən azərbaycanlıların nə tarix, nə 1-ci Qarabağ müharibəsinin səbəb və nəticələri, savaşın əsil hüquqi-siyasi kökləri onu qətiyyən maraqlandırmır.Hər dəfə peyda olduğu məkanda “siyasətdən uzaq” rahib, müəllim, qarı-qoca, yaxud yaralı əsgər onun smartfonundan dünyaya qədim bir xalqın azadlıq, istiqlaliyyət və ən əsası, türklərin “ekzistensialist təhlükəsi”nə qarşı mübarizə aparan spartalılar kimi təqdim edilir.Hər addımda ətrafa səpələnən informasiya zəhəri budur- “dişindən dırnağınadək silahlanmış, Türkiyə tərəfindən himayə olunan və suriyalı muzdluların ön cəbhədə yer aldığı” Azərbaycan ordusunun obrazını ləkələmək, həqiqətləri gizlətmək və məğlub olmağına baxmayaraq, məğrur, siyasi rəhbərləri tərəfindən xəyanətə uğramış erməni əskərləri haqda balladalar uydurmaq..
8 oktyabr tarixində Lankasterin Xankəndindən dünyaya verdiyi mesaj “dinc insanları kasetli raketlərlə məhv edən” ordu barəsindədir. https://www.youtube.com/watch?v=pSH6UyUcpHs Sən demə, Missuri ştatından olan, hərbi altruist-təmənnasız pərdəsi altında gizlənən amerikalı bloger Azərbaycanın arsenalında yer alan silahlardan o qədər dəhşətə gəlib ki, onu heç Donbasda da görməyib. Halbuki, 2014-cü ildən Ukraynanın şərqində yaşanan separatizmdə hansı texnikaların və müasir texnologi arsenalın tətbiq olunduğunu asanlıqla yoxlamaq olar.
Dağlıq Qarabağdan müharibə kontentləri, xəbər başlıqları, təsvirlər və saytlara xüsusi memlər istehsal etmək üçün Lankasterin-Peqovun cəbhə xəbərləri sırasında Şuşada “min illik kilsəyə sığınan fəqirlər”i də, yaxud Xudavəngdəki “göz yaşları” ilə silahlanan, monastrın mübhəm hücrələrini ölkəmizə qarşı kazarmaya çevirən keçmiş döyüşçü, indiki keşiş, Müqəddəs Xaçın ilahi mənasına və ruhuna uyğun olmayan nifrinləri millətimizə yağdıran Qrant Ovanisyan da onun çəkib göstərdiyi psevdo qəhrəmanlar sırasındadır. https://www. youtube. com/ watch?v=s8oeI3VrSQM Uzaq xaricdə, regionla yaxından əlaqəsi olmayan kənar seyrçidə “Kəlbəcərdə qədim xristian məbədləri”nin necə yaradılması, yaxud Xocavənddə Alban mədəni irsinin mövcudluğu barəsində səhih məlumat almaq yalnız alternativ resusrlara baş vurmaqla mümkündür, belədə isə əcnəbi jurnalistin kamerasının obyektivindən dünyaya az qala Səlahəddinin ordularının şir ürəkli Riçardı məğlub edərək Qüdsü necə azad etməsi mənzərəsi canlandırılır, subliminal isə din davasının getdiyi, belə demək mümkündürsə, müsəlmanların “xaç yürüşü”nün baş verdiyi təlqin edilir.
Jurnalistin kamerası qətiyyən dağıdılmış islam dini irsinə tuşlanmır, hətta ayaq üstə qalan sonuncu məscid divarının, yaxud minarəsinin əvəzinə onun görmək istədiyi erməni kilsəsi özünü identikləşdirməyə çalışdığı başqa bir sivilizasiyadan xəbər verir.Taleyin ironiyasından onun görmək istmədəyi mənzərə ortadadır-Azərbaycan adlı qədim Şərq kültürü, özü də klerikallıqdan uzaq, dünyaya açıq bir mədəniyyət qurucularının qalib gəlməsinə nifrətlə baxmaq, onun qələbəsini hər addımda ləkələmək, gözdən salmaq nəinki informasiyanın, heç insanlığın da qanunlarına sığmır.
Lankasterin sonuncu sitayiş ikonası indiyə qədərki ekstravaqant səhnələrdən heyrətamizliyi ilə fərqlənir.Onsuz da əvvəlki səhayətində o müxtəlif dəfn törənlərindən hüznlü reportajlar verirdi.Gözləmək olardı ki, xaotik seçimləri 10 noyabrdan sonra başa çatacaq və nəhayət, hər müraciətində milyonçu ermənilərdən gözlədiyi yardımı alacaq, özünə ştativ, bahalı kamera, prodakşn qurğuları və digər cihazları tədarük edəcək, vəd etdiyi filmi çəkəcək.Amma Ermənistanın baş naziri əleyhinə gedən aksiyaların Qarabağdakı postmüharibə dramasından daha gəlirli olduğunu görüb döndüyü İrəvanda onun növbəti qonağı özü kimi Amerikadan gələn qonaqdır. https://www. youtube.com/ watch?v=JM26zEba3WA
Qəbristanlıqdakı absurd teatrı Bulqakovun əsərlərinin süjet xəttinə çox bənzəyir.Los Ancelosdan “vətəni üçün köməyə gələn” məzlum erməni adı təqdim olunmayan digər nakam soydaşının keşməkeşli döyüş yolundan bəhs edir.Necə də unikal hekayədir.Bilmirsən qara mərmər altında uyuyan sıradan bir tiqranoiddir, yoxsa kim?
Hər kadra diqqətlə baxın-Livandan didərgin düşən təqdimatçı özü kimi məşum tale sahibi-Hələbdə doğularaq Kaliforniyaya mühacirət etmiş, daha sonra 3 Qarabağ müharibəsinə qatılaraq sonuncuda layiq olduğu gülləyə tuş gələn muzdlu əqidədaşından bəhs edir.Əks halda, məgər çoxmillətli ABŞ-da istənilən adam İŞİD izləri ilə gedib istənilən bir ölkədə özbaşına vuruşa bilməzdi axı.Bundan ötrü o mütləq qanun qarşısında cavab verməlidir.Lakin ermənilər okeanın o tayında da uydurulmuş tarixin girovluğunda yaşayırlar və hərdən hinduların əvəzindən təəssüflənirlər ki, Kolumbdan əvvəl gedib Yeni dünyanı fəth etməyiblər.
Lankasterə qəbristanlıqda keçilən tarix dərsinin sətirləri gerçəkdən də tragikomikdir.Sən demə, “Roma imperiyası Erməni Krallığından qorxurmuş”, çünki “2000 il əvvəl sayı 5 milyona çatan”(?) bir millətin ordu gücü və sərhədlərinin yunanlara qədər gedib çıxan geniş ərazisi fonunda hökmdar Böyük Tiqranın səltənəti hamını lərzəyə salırmış.Yəqin, hətta Bizansın rəhbərlərinin belə cəsarət etmədiyi fikirlər əyri güzgülər krallığının müasir təmsilçilərinin dilindən səslənə bilir və Sezarı qəbirdə çevirir.Bir daha vurğulayaq ki, müharibədə təslimçilikdən sonra hərbi qəbristanlıqda belə qəbilə təfəkkürü qətiyyən təəccüblü deyil.
Adam az qala ermənilərin İsadan əvvəl xristianlığı qəbul etdiyini söyləyir, 90-cı illərdə “Azərbaycanın mühasirəyə aldığı məzlum bir xalqın necə qəhrəmanlıqla döyüşdüyünü” fantaziya edir, indi isə Paşinyan adlı Mülnhauzen gəlib arxadan onlara xəncər vurmasaydı, 2016-cı ildəki kimi, Con Kerrinin davamçısı Mayk Pompeo İrəvandan hücumu Bakıyadək davam etdirməməyi şəxsən özü xahiş edəcəkmiş(?!).
Lakin Lankasterin müsahibinin durduğu Məzarlıq Şəhəri Ermənistanın dünyada simvoluna, yüz illər təhtəlşüuru zədələnmiş bir millətin antitezinə çevrilib.Məgər monqollar indi qalxıb Çingiz xanın qılıncı ilə dünyanı yenidən fəth etmək istəyilər? Yaxud, yunanlar Avropa Birliyinə 200 milyarddan artıq borcu gələcəkdə Troyadan almağı tələb edirlər?
Başdan-başa qəbirləşən, daşlaşan və yeraltında genişlənən bir məmləkətə siyasilər deyil, patriarxlar, yepiskoplar, keşişlər başçılıq edir. Lankaster faciə qəhrəmanından soruşmur ki, axı yenicə təslimçiliyə uğradıqları bir müharibədə 30 il qalib olub nəyi dünyaya təqdim ediblər? Hansı regional-beynəlxalq platforma onların adı ilə bağlıdır? Bəlkə Ağdamı, Füzulini, Laçını Silikon vadisinə, Hönkonqa çeviriblər, heç kimin bundan xəbəri yoxdur.
Adam deyir ki, ətrafda gördüyünüz yeni daşlar 20 yaşlı gənclərin başına təzəcə enib, o qəbirlər indi qazılıb və məzarlığın ölçüləri də qat-qat genişlənib.Məgər təkcə bu fakt kifayət etmirmi ki, bir millətin Eçmiədzindən və Kilikiyadan, yaxud Vatikandandakı dini hücrələrdən idarə olunmağına son qoyulsun. Yerin altına can atan bir məfkurəni-ölüm eliksirini dəf etmək, regiona sülh və barışla çıxmaq üçün qəbristanlıq da kömək etmirsə, onda hansı qüvvə Urartudan başlanan soyqırımı durduracaq?
Qəbristanlıqdan qonşusuna hədələr yağdıran adamların siyasi xəritədə mövcudluğu mümkün deyil.Yerin altındakı ermənilərin özlərinə seçdikləri şəhərlərin və sivilizasiyanın adını nə qoyursan qoy, bizə qədər məhv olmuş Atlantida kimi bəşəriyyətdə yalnız arxeoloqlar, bir də nekrofillər üçün əhəmiyyəti var.
Ermənistanda ÜDM və əhali sayı armır!