Prezident İlham Əliyevin sosial siyasəti: sosial ədalət və sosial rifah! Siyasət

Prezident İlham Əliyevin sosial siyasəti: sosial ədalət və sosial rifah!

Xalqı birləşdirən əsas dəyər: sosial ədalət

Müasir Azərbaycan dövlətinin müstəqillik tarixinin yarıdan çoxu cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bağlıdır.

Müstəqil dövlətçiliyimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin siyasi idarəçilik məktəbinin layiqli davamçısı olan cənab İlham Əliyev 2003- cü ilin oktyabrında keçirilən ilk prezidentlik inaqurasiyasında "mən hər bir azərbaycanlının prezidenti olacağam", - söyəldi və arxasında böyük məna və məsuliyyət yükü olan bu fikirləri öz prezidentlik fəaliyyətində daim təsdiq etdi, əmələ çevirdi və dövlət idarəçiliyində bir meyar səviyyəsinə yüksəltdi.

Təbii ki, hər bir yaxşı rəhbər kimi, cənab İlham Əliyev də prezidenti olduğu hər bir vətəndaşın və bütövlükdə azərbaycan xalqının əmin-amanlıq şəraitində, güvənli maddi təminat və sosial rifah içərisində yaşamağını istəyir və bu istəyi reallığa çevirmək üçün ən mütərəqqi proqramlar qəbul etmiş, ən mütərəqqi qərarlar, fərman və sərəncamlar vermiş, qanunlar imzalamışdır.

Prezident İlham Əliyevin sosial siyasəti iki klassik prinsipə əsaslanır: sosial ədalət və sosial rifah!

Sosial ədalət hər bir cəmiyyətin demokratikliyinin lakmus kağızıdır, sosial ədalət pozulan cəmiyyətin digər dəyərləri də deformasiya olunur, fərdlər və qruplar arası gərginlik daim münaqişə ocağına çevirilir. Sosial ədalətin çərçivəsi cəmiyyətin tələblərinə uyğun dəyişir və təkcə qanunlar və proqramlarla deyil, eyni zamanda mənəvi dəyərlər, ənənələr, liderin humanizmi və şəxsi nümunəsi ilə təmin olunur.

Sosial ədalət müəllifi ümummilli lider Heydər Əliyev olan Konstitusiyamızda da əsas prinsiplərdən biri kimi təsbit edilmişdir.

Sosial ədalət ölkənin maddi və mədəni sərvətlərinə bütün vətəndaşların əlçatanlığını təmin etmək siyasətidir. Elə bir siyasət ki, imkansıza, gücsüzə, köməyə ehtiyacı olana dövlət dəstək verir, eyni zamanda cəmiyyəti də bu xoş mərama təşviq edir. Azərbaycan sosial dövlət olaraq bütün vətəndaşların sosial müdafiəsini təmin etməyi öhdəlik kimi öz üzərinə götürmüşdür.

Bununla yanaşı, xüsusi sosial müdafiəyə ehtiyacı olan qruplar var ki, müxtəlif qanunlar və proqramlar vasitəsi ilə onlara daim dəstək verilir. Bizim qanunvericilik yaşayış minimumu, ehtiyac meyarı, minumum əmək haqqı, minimum pensiya kimi hədlər müəyyən eləmişdir ki, vətəndaşımızın yaşam şərtləri o həddən aşağı səviyyəyə enməsin.

Sosial dövlət vətəndaşlara uyğun şərtlərlə sağlamlıq, təhsil, məşğulluq imkanları yaratmaqla, müəyyən proqramlarla ehtiyacı daha çox olan təbəqənin bu imkanlara əlçatanlığını dəstəkləməklə sosial ədaləti təmin etmiş olur.

Cənab prezident İlham Əliyev 2003 - cü ildə öz seçki proqramında qarşıdakı beş il ərzində 600 min yeni iş yeri açılmasını təmin edəcəyini söyləyəndə bu cəsarətli çağırış çoxları üçün fantastik bir arzu kimi görünürdü. Çünki o zaman ölkədə işsizlik 50%, yoxsulluq 49% təşkil edirdi.

Ən ədalətli hakim olan zaman göstərdi ki, cənab İlham Əliyev nəinki uzaqgörən və praqmatik bir siyasətçidir, o eyni zamanda müdrik və realist bir dövlət xadimidir. Cənab İlham Əliyev 600 min yeni iş yeri açacağıq söyləyəndə həm də 600 min ailənin həyat səviyyəsinin yüksələcəyini düşünürdü. Beş il ərzində ölkədə vəd olunan 600 min iş yeri əvəzində 900 min yeni iş yeri açıldı ki, bunun da 700 mini daimi iş yerləri idi.

Əhalinin məşğulluğunun təminatı sonrakı illərdə də dövlət başçısının diqqəti mərkəzibdə oldu və bu illər ərzində ölkədə 1 milyon 800 mini daimi olmaqla 2 milyon yeni iş yeri açıldı. İşsizlik on dəfə aşağı düşdü. İndi Azərbaycanda işsizlik 2003- cü illə müqayisədə 10 dəfə azalaraq, 4,9% təşkil edir və ölkəmiz işsizlik göstəricisinə görə dünyada ən öndə gedən ölkələrdən biridir. İndi Azərbaycan vətəndaşları iş yeri axtararkən daha geniş seçim imkanları əldə etmişlər.

2003- cü ildən bu yana ölkədə minimum əmək haqqı 10 dəfədən çox artmış, 2019-cu ildən isə minimum əmək haqqı 250 manat olmaqla yaşayış minimumunu (190 manat) 31.5% üstələmişdir.

Prezident İlham Əliyevin sosial siyasət kursunun çox mühüm istiqamətlərindən biri aztəminatlı insanların sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanılmasıdır. Pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilbəil artırılır, ünvanlı sosial yardım və özünü məşğulluq proqramları daha çox ehtiyacı olan ailələri əhatə edir, sosial evlər tikilir, ipoteka kreditləri verilir, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər daha geniş şəkildə dövlətin qayğısı ilə əhatə olunurlar.

2008 - ci ildə cənab prezident İlham Əliyev daha bir cəsarətli və humanist təşəbbüslə çıxış etdi: "Qarşıdakı beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq, bir nəfər də məcburi köçkün vaqonlarda, yeraltı qazmalarda yaşamayacaq! "

Yenə şübhələr, tərəddüdlər oldu; yüz minlərlə insanın məskunlaşması üçün milyonlarla kvadrat metr mənzil tikilməlidir, onlarla şəhər, qəsəbə salınmalıdır, milyardlarla manat vəsait xərclənməlidir. Lakin zaman yenə də göstərdi ki, cənab Prezidentin bütün qərarları kimi, bu qərarı da ölçülüb biçilmiş, zamanında verilən düzgün qərardır. Növbəti illərdə nəinki çadır şəhərcikləri tarixə qovuşdu, yüzlərlə qəsəbələr salındı, yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil- məişət şəraiti yaxşılaşdı, məşğulluğu təmin edildi, biz Qarabağın qayıdış simvolu olan Cocuq Mərcanlını bərpa edib orada həyata yeni nəfəs verdik.

Cənab Prezidentin məcburi köçkünlərə qayğısı təkcə bir rəhbər məsuliyyətindən doğan qayğı deyil, eyni zamanda yüksək mənəviyyatlı insana və vətəndaşa məxsus humanistlik hissindən qaynaqlanır.

Hər kəsə məlumdur ki, dövlətimizin başçısı sadə həyat tərzinə üstünlük verir, təm-tarağı sevmir, daim məmurları da sadə və təvəzökar olmağa çağırır. Özününün əlli illik yubileyini ailə üzvləri, şəxsi dostları, yaxınları ilə deyil Taxtakörpü qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə birlikdə qeyd etməsi həm Prezident İlham Əliyevin humanizminin və qayğıkeşliyinin ifadəsi idi, həm də cəmiyyətə bir mesaj idi.

Cəmiyyət də, dost da, düşmən də bir daha gördü ki, Azərbaycan Prezidentinin ən yaxın dostları elə Azərbaycanın ən sadə vətəndaşlarldır. Bu ənənə indi də davam edir, cənab Prezident ad günlərində, bayramlarda, əlamətdar günlərdə sosial müdafiəyə ehtiyacı olan insanlarla birlikdə olur, onlara mənzillər, minik avtomobilləri hədiyyə edir, parklar, körpülər, yollar açır, müəssisələri, yeni iş yerlərini işə salır.

Neft gəlirlərini insan kapitalına çevirmək! Bu da cənab prezident İlham Əliyevin irəli sürdüyü və uğurla həyata keçirdiyi onlarla tarixi ideyalardan biridir!

Alimlər ölkələrin inkişafının əsasında digər faktorlarla yanaşı, 3 mənbənin olmasını vacıb hesab edirlər: zəngin təbii sərvətlər, o cümlədən karbohidrogen ehtiyatlarının olması, müasir texnologiyalara malik olmaq və onların istehsalında öncüllük, dərin elmi potensiala malik insan kapitalının olması.

Bunlardan biri gec- tez tükənən, digəri isə köhnələn sərvətdir. İnsan kapitalı isə tükənmir, köhnəlmir, əksinə, münbit şəraitdə daha da inkişaf edir.

İkinci dünya müharibəsindən sonra Yaponiyanın, iyirminci əsrin sonlarından isə, Cənubi Koreyanın, Sinqapurun inkişafı məhz insan kapitalı, süni intellektlə bağlıdır.

Müstəqilliyinin ilk illərində torpaqları işğal olunan, iqtisadiyyatı çökən, bir milyona yaxın qaçqın və məcburi köçkünü olan, sovetdən qalma təhsil sistemi süqut edən, onsuz da zəif olan maddi texniki bazası köhnələn təhsil və elm sahəsini gücləndirmək, köhnəlmiş zərərli stereotipləri qırmaq, yeni kadrlar hazırlamaq milyardlarla manat vəsait, gərgin əmək, güclü siyasi iradə tələb edirdi, lakin cənab Prezident qısa vaxt ərzində bunu da bacardı. Təhsil sisteminin modernləşdirilməsi siyasəti ilə yanaşı olaraq təhsilin maddi- texniki bazası demək olar ki, yenidən quruldu, 3500 dən çox məktəb və uşaq bağçası yenidən tikildi, müasir avadanlıqla təchiz edildi, yeni kolleclər, universtetlər yaradıldı, xaricdə təhsil proqramı qəbul edildi, 5 mindən çox azərbaycanlı gənc bu proqram vasitəsi ilə dövlət vəsaiti hesabına dünyanın tanınmış universitetlərində təhsil aldılar. İndi o gənclərin bir qismi Vətənə dönərək Azərbaycan dövlətinin idarə olunmasında yaxından iştirak edir, xaricdə qalanlar isə diaspor təşkilatımızı gücləndirərək Azərbaycanı dünyada ləyaqətlə təmsil edirlər.

Bu addımların hər biri humanizm, insana qaygı və fərdi qəhrəmanlıq nümunəsidir.
Bu addımların hər biri vətəndaşa hörmət, təsəlli, vətənə sevgi və xidmət mümunəsidir.
Bu addımların hər biri xarizmatik Liderin öz xalqı və Vətəni üçün fədakarlığıdır!
Bu addımların hər biri tarixin sınaqlarından çıxmış Lider- Xalq birliyini daha da möhkəmlədən, daha da mətinləşdirən addımlardır!

Məhz bu birliyin sayəsində biz, torpaqlarımızı da işğaldan azad etdik, ərazi bütöblüyümüzü bərpa etdik, tarixi yurdlarımıza dönüşü reallaşdıra bildik.

Cənab Prezidentin irəli sürdüyü " Biz birlikdə güclüyük!" şüarı isə bütün dövrlərin birlik və həmrəylik himninə çevriləcəkdir!

Musa Quliyev,

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri,

YAP Siyasi Şurasının üzvü