“ABŞ demokratik prinsiplərindən çox uzaqdır” Siyasət

“ABŞ demokratik prinsiplərindən çox uzaqdır”

ABŞ-da Trampın prezidentliyi dövründə irqi ayrı-seçkilik və afroamerikalılara qarşı polis zorakılığının şahidi olduq. ABŞ -da polisin silah tətbiq etmə və şübhələndiyi şəxsə qarşı aşırı dərəcə sərt davaranışları bu ölkənin demokratik və hüququn aliliyini elan edən bir ölkə üçün səciyyəvi deyil.

Bunu "Xalq Cəbhəsi"nə dünən ABŞ-da Tramp tərəfdarları ilə polis arasında baş verən qarşıdurmaya münasibətinə açıqlamasında Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov deyib. QHT sədri ABŞ-da baş verənlərin ona böyük utanc gətirdiyini deyib: "Belə hadisələr birinci dəfə deyil ki, ABŞ-da baş verir. Deyərdim ki, insan hüquqları da daha çox bu ölkədə pozulur, seçki saxtakarlığı da bu ölkədə aparılır. ABŞ-in insan haqlarının, demokratiyanın qorunmasından danışmağa haqqı çatmır. Yaxın və Orta Şərq ölkələrindəki hadisələr, dövlət çevrilişləri, minlərlə günahsız insanın ölümü məhz ABŞ-ın "demokratiya dərsi"nin tədrisinin nəticəsidir. Dünən də Konqres binasına basqın, qarşıdurmanın yaranması, polsin vətəndaşlara qarşı davaranışı sonuncunun anti-demokratik siyasətinin nəticəsidir. Bu onu göstərir ki, ABŞ-da polis zorakılığı dahageniş vüsət alıb, hətta ölümümü ilə nəticələnir. Biz bunu polisin etiraz aksiyalarında və şübhəlilərlə qarşı davranışlarda görürük". F.Kərimov onu da qeyd edib ki, seçkidə məğlubiyyətə düçar olan Trampın yeni prezident Baydenə qarşı nifrəti soyumayacaq: "Bunun özü də özünü demokratiyanın" beşiyi" hesab edən ABŞ üçün bir utancdır. Demokratik prinsiplərə riayət edən ölkə heç vaxt iğtişaşa, qarşıdurmaya əl atmaz. Seçkinin nəticələrindən narazı qalan tərəf bunu hüquqi yolla həll etməlidir, məhkəməyə müraciət etməlidir. Dünən baş verən hadisələr ABŞ-ın demokratik prinsiplərdən çox uzaq düşdüyünü göstərdi".

F.Kərimov sonda onu da qeyd edib ki, insan hüquq azadlıqlarının, demokratiyanın qorunmasında hər il rəsmi Bakını tənqid edən ABŞ Konqresi, institutları Azərbaycandan örnək götütməlidir: "Bütün sahələrdə biz onlara nümunəyik. Aksiyalarda polisin əhaliyə münasibətindən tutmuş, seçkilərin demokratik və şəffaf keçirilməsi prosesinə qədər. ABŞ həmişə başqasını tənqid edib. Amma baş verən son olaylar onu göstərdi ki, ABŞ-ın özünün öyrənməli olduğu çox şeylər var".

Cavid

Начало формы