"Axios": Vens Netanyahu ilə İran mövzusunda sərt danışıb
30 İyul 21:25
30 İyul 21:25
30 İyul 16:22
Rusiyanın iqtisadi inkişaf naziri: Ermənistandan tədarükü asanlıqla əvəz etmək olar
ABŞ İranın "Mahan Air" aviaşirkəti ilə əlaqələrinə görə beş quruma sanksiya tətbiq edib
XV Qəbələ Beynəlxalq Musiqi Festivalında Özbəkistan müqiçilərinin konserti olub
Dünya Güləş Birliyindən azərbaycanlı hakimlərə yüksək etimad
13 Yanvar 2021 20:37
3 115
Ölkəmizdə səfərdə olan İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 13-də Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.
Qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.
Diqqətə çatdırılıb ki, “qızıl fondu”nu xovlu xalçalar təşkil edən Milli Xalça Muzeyinin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.
Qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu qonaqlarda xoş təəssürat yaradıb.
30 İyul 20:34
686
30 İyul 19:31
707
30 İyul 19:08
784




