"Axios": Vens Netanyahu ilə İran mövzusunda sərt danışıb
30 İyul 21:25
30 İyul 21:25
30 İyul 16:22
Rusiyanın iqtisadi inkişaf naziri: Ermənistandan tədarükü asanlıqla əvəz etmək olar
ABŞ İranın "Mahan Air" aviaşirkəti ilə əlaqələrinə görə beş quruma sanksiya tətbiq edib
XV Qəbələ Beynəlxalq Musiqi Festivalında Özbəkistan müqiçilərinin konserti olub
Dünya Güləş Birliyindən azərbaycanlı hakimlərə yüksək etimad
3 Mart 2021 17:16
3 108
Venesuela Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir.
Trend-in məlumatına görə, bunu Venesuela Bolivar Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez Berroteran Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.
O, parlament diplomatiyasının inkişafında Milli Məclisin rolunu yüksək qiymətləndirərək, Azərbaycan parlamentinin fəaliyyəti ilə yaxından maraqlandığını bildirib. Qeyd edilib ki, hər iki ölkə parlamentləri arasında münasibətlərin inkişafı ümumi mənafelərə cavab verər. Bu baxımdan, dostluq qruplarının yaradılması məqsədəmüvafiq sayıla bilər. Qonaq Venesuela parlamentinin fəaliyyəti barədə Sədrə ətraflı məlumat verərək, mütəmadi görüşlərin əhəmiyyətini vurğulayıb.
Səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini bir daha bəyan edərək, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar noyabrın 10-da imzalanmış üçtərəfli Sazişi diplomatiyanın uğuru kimi dəyərləndirib.
Görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişaf istiqamətləri, COVİD-19 pandemiyasına qarşı mübarizə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
30 İyul 20:34
721
30 İyul 19:31
735
30 İyul 19:08
812