Məzahir Pənahov “Şərəf” ordeni ilə təltif edilibSiyasət
30 Mart 2021 14:23
1 841
Prezident İlham Əliyev Məzahir Pənahovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Məzahir Məhəmməd oğlu Pənahov “Şərəf” ordeni ilə təltif edilsin.