Böyük Qələbə sayəsində bütün dünya ölkəmizin gücünə şahidlik etdi Siyasət

Böyük Qələbə sayəsində bütün dünya ölkəmizin gücünə şahidlik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 28 May - Respublika Günü tarixində Ağdama səfəri zamanı dünya ictimayətinə mühüm mesajlar çatdırdı. Bu mesajlardan biri 44 günlük müharibə zamanı Azərbaycanın əldə etdiyi Böyük Qələbə sayəsində ölkəmizin gücünün bütün dünyaya nümayiş etdirilməsi ilə bağlıdır. Cənab Prezident Ağdam şəhərinin təməl daşının qoyulması mərasimində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı çıxışında demişdir - “Qırx dörd günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbə endirdik, düşməni torpaqlarımızdan qovduq”.

Artıq bütün dünya Azərbaycanın gücünü gördü. Əldə olunmuş uğurlarımızın əsasında güclü dövlət və ölkəmizin apardığı müstəqil siyasət dayanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş balanslaşdırılmış, müdrik siyasət nəticəsində müstəqilliyini möhkəmləndirən, gücünü artıran Azərbaycan öz tarixi torpaqlarını işğalçılardan azad etdi. Güclü və Müstəqil Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi.

Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi ki, bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Azərbaycan xalqı Müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq.

Azərbaycanın parlaq Qələbəsi ilə başa çatmış müharibə təkcə faşist Ermənistan dövlətinə qarşı deyildi, bu müharibə eyni zamanda faşizm əlehinə aparılmış müharibədir. Ermənistan məğlub edilmiş dövlətdir və bizim işğal altında olan torpaqlarımızda erməni faşistlərinin törətdikləri vəşiliklər ermənilərin, eləcə də onların dünyanın müxtəlif dövlətlərində fəaliyyət göstərən lobbi təşkilatlarının erməni xalqı haqqında yaratdıqları mifologiyaya da son qoydu. İşğal altına olan torpaqlarda törədilən dağıntıların ancaq bir adı var o da vəhşilikdir. Azərbaycanın faşist Ermənistan üzərində qazandığı qələbə göstərir ki, bütün faşistlərin aqibəti, ermənilərin aqibətinə bənzər olacaq.

Rəsmi İrəvanın işğalçı siyasəti Ermənistanın “dalan” dövlətinə çevrilməsinin əsas səbəbidir. Keçən 30 il ərzində ermənilər dövlət qura bilmədilər. Deməli, bu xalq dövlət qurmaq iqtidarında deyil. Bu xalq ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir. Otuz il ərzində ermənilərin unikal şansı var idi - əgər bu işğal olmasaydı, əgər düşmənçilik olmasaydı, ermənilər tərəfindən xalqımıza qarşı bu vəhşiliklər törədilməsəydi, bu gün bəlkə də Ermənistan da müstəqil bir dövlət kimi yaşaya blərdi. Ancaq onlar bu şansdan istifadə etmədilər. Nəticədə biyabırcasına müharibəni uduzdular və Azərbaycan qarşısında kapitulyasiya aktını imzaladılar. Azərbaycan indi ikinci dəfə Ermənistana şans verir. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli 10 noyabr 2020-ci iltarixli Bəyanat Ermənistan qarşısında yeni imkanlar açır. Bu onlar üçün yeni bir fürsətdir. Ermənistan bu yeni şansı lazımı dərəcədə qiymətləndirə bilsə, bəlkə dövlətçiliyini qoruyub saxlaya bilər. Yox, əgər yenə öz avanturist xəyallarından əl çəkməsə, Ermənistan bir dövlət kimi dünyanın siyasi xəritəsindən silnəcək.

Rauf Əliyev,
Milli Məclisin deputatı