6 Noyabr 17:56
6 Noyabr 16:50
9 İyun 2021 15:56
3 843
Əgər tərəflər istəsə, Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası məsələsində texniki və metodiki dəstək göstərməyə hazırdır.
APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.
Onun sözlərinə görə, Aİ son bəyanatlarında da tərəfləri sərhədlərin müəyyənləşdirilməsi üçün masaya oturmağa təşviq edib.
“Delimitasiya və demarkasiya prosesinə başlamaq üçün gücə deyil, masadakı insanlara ehtiyac var. Hamı, gələcək və təhlükəsizlik üçün bu vacibdir. Biz Aİ olaraq bu prosesi dəstəkləməyə, bütün texniki və metodiki dəstəyi göstərməyə hazırıq. Əlbəttə ki, tərəflər bunu istəsə...” - deyə K. Yankauskas qeyd edib.
6 Noyabr 20:23
924
6 Noyabr 18:04
1 071
6 Noyabr 18:01
1 078