Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsi beynəlxalq mediada geniş işıqlandırılıb
Ərdoğan: ABŞ-ın Maduronu Türkiyəyə dəvət etməsi xəbərləri doğru deyil
2025-ci ildə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9%-ə yaxın artıb
Türkiyədə qəzaya uğrayan təyyarənin qara qutuları Britaniyaya göndəriləcək
14 İyun 2021 12:07
623
Məhəmməd Əsədullazadə: “Səfər eyni zamanda Minsk qrupunun artıq Azərbaycan üçün əhəmiyyət kəsb etmədiyini göstərəcək”
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ müharibəsindən sonra Şuşaya səfəri və burada imzalanacaq sənədlər siyasi strateji baxımdan xüsusi əhəmiyyət kəsb edir”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, əlavə edib ki, həmçinin bu, Qarabağ məsələsində Ankaranın Bakının yanında olacağının mesajıdır: “Səfər eyni zamanda Minsk qrupunun artıq Azərbaycan üçün əhəmiyyət kəsb etmədiyini göstərəcək. Ümumiyyətlə bunu Şuşada ermeni separtizminə zərbə kimi qiymətləndirməliyik. Qarabağın mərkəzində verilən mesajlar Moskvada və İrəvanda tektonik effekt verəcək. Şuşa səfəri bir daha Türkiyə və Azərbaycan müttəfiqliyinin bariz nümunəsidir”.
Əli Zülfüqaroğlu
16:13
469
15:47
1 078
15:21
826