24 Sentyabr 18:13
24 Sentyabr 16:44
24 Sentyabr 15:59
21 İyun 2021 15:29
2 947
Azərbaycanlı deputat AŞPA-da minaya düşən Azərbaycan jurnalistləri haqqında danışıb.
APA-nın Avropa bürosunun verdiyi xəbərə görə, Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Kamal Cəfərov bu gün AŞPA-nın işə başlayan yay sessiyası zamanı çıxışında işğaldan azad edilən Azərbaycan torpaqlarında aparılan quruculuq işlərindən söz açıb.
"Biz Qarabağı yenidən inşa edirik. Ancaq hazırda ən başlıca problemlər minalardır. Biz 15 erməni əsiri 97 min minanın basdırıldığı ərazinin xəritəsi ilə dəyişdik. Ancaq bildiyiniz kimi, ötən sessiyada erməni nümayəndə heyəti belə xəritələrin mövcudluğunu inkar edirdi. Bir neçə həftə öncə isə iki Azərbaycan jurnalisti minaya düşərək həlak oldu. Bu, beynəlxalq hüququn, üçtərəfli bəyanatın pozulmasıdır", - deyə o vurğulayıb.
K. Cəfərov qeyd edib ki, Ermənistan mina xəritələrini vaxtında Azərbaycana təhvil verməlidir.
24 Sentyabr 20:27
756
24 Sentyabr 20:26
749
24 Sentyabr 20:25
749