Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
29 İyun 2021 13:05
2 464
Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə ölkəmizə 28 iyun – 2 iyul tarixlərini əhatə edən səfərə gəlib.
Ombudsman Aparatından verilən məlumata görə, nümayəndə heyətinə TİHEK-in rəhbər şəxsləri, habelə Türkiyənin tanınmış universitetlərinin beynəlxalq humanitar hüquq və müharibə cinayətləri sahəsində araşdırma təcrübəsinə malik olan tədqiqatçıları daxildir.
İyunun 29-da Ombudsman Səbinə Əliyeva və Aparatın bir qrup əməkdaşı TİHEK nümayəndə heyəti ilə birgə Fəxri xiyaban, Şəhidlər xiyabanı və Bakı Türk Şəhidliyini ziyarət ediblər.
Əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət edilib, xatirəsinə ehtiram ifadə olunub. Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanı və Bakı Türk Şəhidliyini ziyarət edərək, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Səfər barədə ictimaiyyətə geniş məlumat veriləcəkdir.
25 Oktyabr 22:16
1 981
25 Oktyabr 15:27
1 953
25 Oktyabr 10:20
2 051