“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
8 İyul 2021 17:29
3 451
Avropa İttifaqı (Aİ) COVID-19 pandemiyasından sonra "Şərq tərəfdaşlığı" ölkələrinin iqtisadi inkişafına töhfə verməyə hazırdır.
Trend-in məlumatına görə, bunu Aİ-nin genişlənmə məsələləri və qonşuluq siyasəti üzrə Avropa komissarı Oliver Varheli Bakıya səfərinin yekunları ilə bağlı mətbuat konfransında deyib.
O qeyd edib ki, bu, onun Azərbaycana ilk səfəridir və bu səfər Aİ ilə Azərbaycan arasında münasibətlərə yeni təkan üçün imkan yaradıb.
Onun sözlərinə görə, səfər zamanı Aİ-nin "Şərq tərəfdaşlığı" ölkələri üçün yeni plan müzakirə olunub: "Biz iqtisadi və investisiya planı çərçivəsində COVID-19 pandemiyasından sonra "Şərq tərəfdaşlığı" ölkələrinin iqtisadi inkişafına töhfə vermək istərdik. Bu plan region ölkələrinin birgə səyləri ilə hazırlanıb".
Avrokomissar vurğulayıb ki, koronavirus pandemiyası regionda böyük problemlərə gətirib çıxarıb, amma Aİ yeni inkişaf planı vasitəsilə onların həllində kömək etməyə hazırdır.
30 Dekabr 2025 16:21
1 792
30 Dekabr 2025 16:19
1 813
30 Dekabr 2025 14:53
1 904