“Şuşa bəyannaməsi”nə gedən yol əslində ötən ilin iyulundan başlamışdı...” – Elxan Şahinoğlu Siyasət
“Ermənistanın Azərbaycanın sərhəddinin Tovuz istiqamətindəki təxribatından 1 il keçdi. Görəsən Ermənistanın baş naziri Nikol Paşinyan və onun o zamankı müdafiə naziri David Tonoyan bilsəydilər ki, bu təxribat onlara baha başa gələcək və Azərbaycan ordusu bir neçə ay sonra hərəkətə keçəcək Tovuz təxribatına yaşıl işıq yandılardılarmı?”. Xalqcəbhəsi.az-ın məlumatına görə, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu səsləndirib. Politoloqun sözlərinə görə, məsələ burasındadır ki, Paşinyanla Tonoyan Tovuz təxribatına qədər də artıq “qırmızı xətti” keçmişdilər: “Paşinyan Şuşaya tez-tez gələndə, Şuşadan “Qarabağ Ermənistandır” deyəndə, separatçıların “parlamentinin” Şuşada yerləşəcəyinə qərar verəndə, Tonoyan isə “biz yeni ərazilər ələ keçirəcəyik” açıqlamasını verəndə artıq müharibə düyməsinə basılmışdı və Azərbaycan qərarını vermişdi. Tovuz təxribatı sadəcə rəsmi Bakının qərar gününü yaxınlaşdırdı. Ötən ilin bu günlərində sərhəddə gərginliklə yanaşı maraqlı geosiyasi hadisələr də cərəyan edirdi”.
Həmsədrlər səhv etdilər
E.Şahinoğlu əlavə edib ki, sərhəddəki gərginliyə qədər Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Minsk Qrupu həmsədlərinin vasitəçiliyi ilə onlayn konfrans keçirdilər: “Onlayn konfrans bir saat çəkdi. Həmsədrlərin konfransla bağlı yaydığı bəyanatda bir neçə məqam diqqəti çəkirdi.
Birincisi, həmsədrlər bölgədəki nisbi sabitliyi müsbət qiymətləndirdilər. Həmsədrlər tərəflərin gərginliyin artmaması üçün mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə davam etmələrindən məmnunluqlarını ifadə etdilər.
İkincisi, həmsədrlər təxribat xarakterli bəyanatların, təhrikedici ritorikanın münaqişənin nizamlanma prosesinə xələl gətirə biləcəyini narahatlıqla qeyd edirdilər.
Üçüncüsü, həmsədrlər münaqişənin hərbi həllinin olmadığını bildirirdilər. Onlar tərəfləri atəşkəs rejimini möhkəmləndirmək və xalqları sülhə hazırlamaq üçün əlavə addımlar atmağa çağırırdılar.
Dördüncüsü, həmsədrlər şərtlər imkan verən kimi ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin rəhbərliyi altında monitorinqlərin yenidən bərpasının vacibliyini vurğuladılar.
Beşincisi, həmsədrlər və xarici işlər nazirləri iyul ayında daha bir birgə videokonfrans keçirmək və ən qısa zamanda birbaşa görüş barədə razılığa gəldilər.
Həmsədrlər həmişəki kimi iki fikrin üzərində xüsusi dayandılar: “Münaqişənin hərbi həll yoxdur” və “xalqları sülhə hazırlamaq lazımdır”. Həmsədrlər yenə səhv etdilər”...
Ekspert əlavə edib ki, Nikol Paşinyanla danışıqlar aparmasının mənası yox idi: “Bunu prezident İlham Əliyevin açıqlamalarından da anlamaq olardı. Azərbaycan-Türkiyə hərbi birliyini Paşinyanı qorxudurdu. Buna misal olaraq Paşinyanın rusiyalı jurnalistə dediyi bir ifadəni xatırlatmaq yerinə düşərdi: “Erməni cəmiyyəti məndən soruşur ki, necə olur ki, Türkiyə Azərbaycana bu qədər hərtərəfli dəstək verərkən, müttəfiq Rusiya Ermənistana kifayət qədər dəstək vermir?”. Bu sualın məntiqi cavabı o idi ki, Türkiyə-Azərbaycan siyasi və hərbi ittifaqı Rusiya-Ermənistan ittifaqından güclüdür”.
Birgə hərbi təlimlər Moskvaya mesaj idi
Ekpert əlavə edib ki, Prezident İlham Əliyev 2020-ci ilin fevral ayında türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla Bakıda keçirdiyi görüşdən sonra mətbuata verdiyi açıqlamada hərb əməkdaşlığın inkişafından da danışmışdı: “Təkcə keçən il 13 birgə hərbi təlim keçirilib, bu il təlimlər daha da çox olacaq” – deyən dövlət başçısı Azərbaycanın Türkiyədən müasir silahların alınmasını davam etdirəcəyini bu sözlərlə izah etmişdi: “Birgə istehsalın təşkil edilməsi barədə də danışmışıq”.
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı hər zaman aktualdır. Bölgədə vəziyyət gərginləşən kimi hərbi əməkdaşlığın aktuallığı daha da artırdı. Çünki, Ermənistanın Tovuz istiqamətində təxribatının arxasında geosiyasi faktorların ola biləcəyi istisna edilmədi. Türkiyə rəsmiləri isə açıq dedilər ki, sərhəddəki gərginliyin arxasında böyük