4 Noyabr 15:45
Nazirlik: Şəxsin pensiya kapitalından vaxtından əvvəl istifadə etməsi nəzərdə tutulmayıb
Gələn il pensiyalar üzrə indeksasiyanın 9,2% olması proqnozlaşdırılır - YENİLƏNİB
Livanda İsrailin hücumu nəticəsində bir "Hizbullah" döyüşçüsü öldürülüb
Azərbaycan qlobal rabitə qurumunun rəhbərliyində təmsil olunacaq
İsrail 15 fələstinlinin cəsədini Qəzzanın Səhiyyə Nazirliyinə təhvil verib
13 İyul 2021 11:01
2 345
Xarici İşlər Nazirliyi İraqın Nasiriyyə şəhərində xəstəxanada baş vermiş yanğın nəticəsində həlak olanlarla bağlı baş sağlığı verib.
Trend-in məlumatına görə, nazirlik bu barədə öz "Twitter" səhifəsində yazıb.
Başsağlığında deyilir: "Biz Nasiriyyə şəhərindəki əl-Hüseyn xəstəxanasında baş vermiş ölümcül yanğına görə dərindən kədərlənirik. Həlak olanların ailələrinə və İraq xalqına səmimi qəlbdən başsağlığı veririk. Biz bu ağır müddətdə İraq hökuməti və xalqının yanındayıq".
Xatırladaq ki, Nasiriyyə şəhərində koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada baş verən yanğın nəticəsində 60-a yaxın şəxs həlak olub.