"Rusiya öhdəliklərinə yerinə yetirməyə maraqlı deyil" Siyasət

"Rusiya öhdəliklərinə yerinə yetirməyə maraqlı deyil"

Ermənistan Baş naziri səlahiyyətini icra edən Nikol Paşinyan Azərbaycanla sərhəddə gömrük postlarının qurulması məsələsini qabardıb. Azərbaycanın Kəlbəcərdə Ermənistanın təxribatlarına qarşı sərt cavabı Yerevanın bu kimi açıqlama verməsinə səbəb olub.

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

O, qeyd edib ki, N.Paşinyanın bu açıqlaması ilə heç də delimitasiya və demarkasiya prosesində maraqlı olduğunu demək olmaz: 'Sadəcə manevr edir və Minsk qrupunun formatı çərçivəsində hərbi qüvvələri sərhəddə yerləşdirməyə çalışır".

Politoloq qeyd edib ki, N.Paşinyan 10 noyabr və 11 yanvar razılaşmalarını yerinə yetirməyincə, Ermənistanda probelemlər davam edəcək: "Qeyd edim ki, Rusiya da 10 noyabr öhdəliklərinə yerinə yetirməyə maraqlı deyil. Ona görə də Paşinyan Rusiyanın bu avantürasına qarşı Qərbi prosesə cəlb edir və Qərb də bu prosesdə Ermənistanın maraqlarından çıxış edir. Bu da Azərbaycanın maraqlarına cavab vermir. Əgər, Rusiya 10 noyabr və 11 yanvar razılaşmalarını həyata keçirməkdə maraqlı olarsa, bu kimi problemlər yaşanmaz. Baş verənlər Moskavın avantürst siyasətinin tərkib hissəsidir".

Onun sözlərinə görə, Rusiya istəmir ki, Qərb ölkələri Ermənistanda olsun. Bir tərəfdən də idarə olunan münaqişə yaradır. Fransa da, ABŞ da Ermənistanı dəstəkləyir. Azərbaycan sərhəddə möhkəmləndikcə və erməni təxribatıarına cavab verdikcə, Rusiya da, Qərb də reallıqlarla barışmalı olacaq.

Cavid