Rusiya ordusu Çerniqov vilayətində meriya binasına PUA ilə zərbə endirib, yanğın başlayıb
IDF İranın ballistik raketlər üçün material istehsal edən azsaylı zavodlarından birini bombalayıb
Bakıda avtomobildə nəzarətsiz qalan 2 azyaşlı qəza törədib, ölən və xəsarət alan var
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
17 Avqust 2021 11:46
2 212
"İndiki mərhələdə bizim əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirməkdir, azad edilmiş torpaqlarda möhkəmlənməkdir. Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir. Yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər rayonuna səfəri zamanı çıxışında söyləyib.
“Mən artıq bildirmişəm, Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək”, - deyən dövlətimizin başçısı əlavə edib ki, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçilib. O kəndlərin bərpasına start verilməsi və vətəndaşların oraya qaytarılması üçün artıq işlər gedir.
Ağdam şəhərinin baş planı təsdiqləndiyini, digər şəhərlərin baş planının təsdiqlənməsinin yaxın aylarda nəzərdə tutulduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “Beləliklə, biz bundan sonrakı əsas hədəfləri düzgün müəyyən edərək, bu hədəflərə çatmağa da nail olacağıq. Biz bu gün buradayıq, Kəlbəcərdəyik, Azərbaycanın çox gözəl guşələrindən biri olan Kəlbəcərdəyik və biz bundan sonra burada əbədi yaşayacağıq. Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”.
11:35
462
11:24
567
11:11
630