Sülhməramlılar ermənilərə su anbarı tikintisinə köməklik edirlər Siyasət

Sülhməramlılar ermənilərə su anbarı tikintisinə köməklik edirlər

Rusiya sülhməramlıları Qarabağda ermənilərin su ehtiyaclarını ödəmək məqsədilə su anbarının tikintisinin təhlükəsizliyini təmin etməyə başlayıblar.

"Xalq Cəbhəsi" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Bu obyekt təmas xəttinin yaxınlığında yerləşir və bununla əlaqədar olaraq burada Rusiya sülhməramlı kontingentinin olması zəruridir", - Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Aleksey Kolesnikov bildirib.

Mədən şirkətinin nümayəndəsi Adam Qriqoryan isə bildirib ki,
burada artezian suyunun saxlanması üzərində iş aparırıq: "Təhlükəsizliyi təmin etmək üçün sülhməramlı kontingentin komandanlığına müraciət etdik. Komandanlıq bizə hazırda fiziki təhlükəsizliyimizlə yanaşı işimizin təhlükəsizliyini təmin edən bölmə də verdi, bizə hərtərəfli köməklik göstərirlər".

Cavid