Sərxoş halda avtomobil idarə edərək qəza törədən sürücü həbs olunub - VİDEO
Azərbaycan və Oman diplomatik pasport sahibləri üçün vizanı qarşılıqlı ləğv edib
Microsoft və OpenAI 500 milyard dollarlıq yeni müqavilə imzalayıblar
Tramp Cənubi Koreyanın nüvə sualtı qayıqlarına ehtiyacı olması ilə razılaşıb
Rəsmi İrəvan Ermənistan-Azərbaycan sülh prosesinin indiki tempini pis hesab etmir
30 Avqust 2021 13:20
3 570.jpg)
Birinci mərhələdə orada 25 yaşayış binasının inşası nəzərdə tutulur, üç, dörd və beşmərtəbəli yaşayış binaları ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar.
Bunu Prezident İlham Əliyev Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Ən önəmli tədbir dünən yeni yaşayış kompleksinin təməl daşının qoyulması idi. Bu yaşayış kompleksi, deməli, Şuşanın Baş Planı əsasında inşa ediləcək. Şuşanın Baş Planı təsdiq edildi və çox müfəssəl, gözəl işlənmiş plandır. Birinci mərhələdə orada 25 yaşayış binasının inşası nəzərdə tutulur, üç, dörd və beşmərtəbəli yaşayış binaları ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar.
Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup gəlirlər, öz doğma şəhərinə, şəhərini ziyarət edirlər. Eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik".
15:13
231
14:55
371
14:38
483