“İran yenə də hərbi xarakterli müəyyən mesajlar verməyə çalışır”-Araz Aslanlı Siyasət

“İran yenə də hərbi xarakterli müəyyən mesajlar verməyə çalışır”-Araz Aslanlı

“Azərbaycan-İran münasibətləri hr iki ölkə üçün böyük önəm daşıyır. Amma təəssüf ki, Azərbaycanın müstəqilliyinə qovuşma mərhələsindən etibarən biz İranın həm geniş mənada regiona, xüsusi olaraq Azərbaycan Respublikasına və onun ərazi bütövlüyü ilə bağlı yaranmış problemə yanaşmasında qeyri-dəqiqlik, beynəlxalq hüquqa uyğun olmayan məqamlar gördük”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Araz Aslanlı deyib. O, diqqətə çtdırıb ki, İran Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə, Ermənistanın işğalçılıq siyasətinə daha obyektiv, daha ədalətli, eyni zamanda tarixi münasibətlərin ruhuna uyğun şəkildə yanaşmalı idi: “Amma biz bunu görmədik. İranın yanaşması nə beynəlxlq hüquqa, nə də qonşuluq münasibətlərinin ruhuna, o cümlədən tarixi bağlara uyğun deyildi. Biz, bunu həm birinci Qarabağ müharibəsi zamanı, həm atəşkəs dövründə, həm də 44 günlük Vətənb Müharibəsi dövründə gördük. Bu da təbii ki, Azərbaycan dövlətində və cəmiyyətində narahatlıq yaratdı və bu da İranın diqqətinə çatdırıldı. İran 44 günlük Vətən Müharibəsinin sonuna doğru özünü bu məqamları anladığı kimi göstərdi. Ən azı İranın bu dönəmdə verdiyi açıqlamalar daha müsbət və beynəlxalq hüquqa, ən azı münasibətlərin tarixinə və gələcək perspektivlərinə daha uyğun görünürdü. Amma sonradan gördük ki, İran yenə də hərbi xarakterli müəyyən mesajlar verməyə çalışır. Azərbaycan sərhəddində hərbi təlimlər keçirməklə təhdidedici mesajlar verir ki, bu da sanki İranın əvvəlki dövrlərə geri qayıtdığını göstərir”.

Əli