18 Oktyabr 2021 11:45
2 072
Azərbaycan tərəfinin mövqeyi dəyişməzdir. Biz post-münaqişə dövründə beynəlxalq qanunlar əsasında sivil qaydada Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıyıq.
Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov xarici işlər naziri Azərbaycanda səfərdə olan Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, eyni zamanda ölkələr arasında beynəlxalq səviyyədə tanınmış sərhədlərin delimitasiyası və demarkasiya prosesinin nə qədər tez başlanılması o qədər yaxşıdır. Ceyhun Bayramov bildirib ki, Ermənistan bu istiqamətdə hər hansı bir müsbət addım atacaqsa Azərbaycan ona qarşılıq addım atacaq.
24 Mart 14:47
1 456
23 Mart 14:07
1 876
23 Mart 12:20
1 995