Sülhü və tolerantlığı tərənnüm edən bayram
18 Mart 22:27
Turan Rzayev: “Ölkə başçısının çıxışında diqqət çəkən məqamlar çox idi”
“Azərbacan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Soçi şəhərində keçirilən üçtərəfli görüş başa çatdı və görüş sonrası liderlər bəyanatla çıxış etdi. Düşünürəm ki, liderlərin bu görüşünü uğurlu saymaq olar”.Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O, bildirib ki, xüsusilə görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər və bu fikirlərin ehtiva etdiyi məna bunu deməyə əsas verir: “Əvvəla, onu qeyd edim ki, görüş zamanı Prezident İlham ki, Əliyev daha təmkinli idi və onun Paşinyana nəzərən sərbəstliyi ilk başdan hiss olunurdu. Digər tərəfdən, Rusiya PrezidentiVladimir Putin də çıxışı zamanı Paşinyana dahaçox xitab edir, Ermənistanı daha çox hədəfə alırdı. Ölkə başçısının çıxışında diqqət çəkən məqamlar çox idi. Misal üçün Prezident İlhamƏliyev Azərbaycan Ermənistanla münasibətlərin tənzimlənməsində Rusiyanın səylərini yüksək qiymətləndirdiyini qeyd etdi. Bu ondan xəbər verir ki, rəsmi Bakı indikimərhələdə Kremlin fəaliyyətindən narazı deyil. Yəni istər sərhədlərin demarkasiya və demitasiyası, istərsə də Zəngəzur dəhlizində Bakı və Kremlin maraqları üst-üstə düşür. Hər halda son hadisələr bunun belə olduğunugöstərir”.
Ekspert hesab edir ki, üçtərəfli görüşdə rəsmi Bakının mövqeyi həm də Ankaranın mövqeyi idi və prezidentin “Azərbaycan Ermənistanla münasibətlərin tənzimlənməsində Rusiyanın səylərini yüksək qiymətləndirir” deyərək bu prosesdən Ankaranın da razı olduğunu vurğulayırdı: “Prinsip etibarilə Ankara Kremlin Cənubi Qafqazdakı davranışından və ya təşkil etdiyi üçtərəfli görüşdən narazı olsa idi, bunu bu günə qədər bildirərdi...”.
Onun sözlərinə görə, Prezident 3 tərəfli görüş zamanı həm də Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd etdi: “İkitərəfli əlaqələrin inkişaf dinamikasını olduqca müsbət adlandıran prezident tərəfləri qarşılıqlı əlaqələrin bütün istiqamətləri üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlı olduğunu qeyd etdi. Prezidentin bu məqamları qeyd etməsi də təsadüfi deyildi. Yəni bu ifadələrin məqsədi Kreml nəzdində müsbət bir Azərbaycan imiciyaratmaq deyil, Ermənistanın son zamanlarəleyhimizə Rusiyaya təqdim etdiyi“arqumentləri” “çürütmək” üçün idi. Məsələ ondadır ki, rəsmi İrəvan hər vəchlə Bakını Kreml nəzdində fərqli göstərməyə çalışır. Rəsmi İrəvan xüsusilə də Azərbaycanın türktəşkilatındakı fəaliyyətini və Türkiyə-Azərbaycan münasibətlərini Bakının Kremldən uzaqlaşması kimi təqdim edir. Bu mənada deyə bilərəm ki, Prezident İlham Əliyev bu sözləri ilə Paşinyanın bu istiqamətdəki arqumentlərini həm də çürütmüş oldu.
Hesab edirəm, ölkə başçısı bununla həm də İrəvandan fəqli olaraq Bakının Kremllə münasibətlərdə daha məqbul tərəfdaş olduğunuqeyd edərək onun vasitəçiliyindən məmnun olduğunu demiş olur.
Məsələ ondadır ki, Ermənistan istər 44 günlükmüharibə, istərsə də son sərhəd toqquşmaları fonunda regiona digər qüvvələri cəlb etmək istəyir və bu heç kəsə sirr deyil. Azərbaycan isə Ermənistanda fərqli olaraq regionun probleminiancaq region ölkələri ilə həll etməkdə maraqlıdır. Yəni bu prosesdə Moskvanın iştirakı digər güclərin müdaxiləsindən dahaməqbuldur”.
Politoloq hesab edir ki, Prezident çıxışında ən diqqət çəkən məqam isə onun “Azərbaycanla Rusiya arasında iqtisadiyyat və humanitarsahələrin əksər sferalarını əhatə edən 7 yolxəritəsi icra olunur” deməsi idi: “Prezidentaçıqca qeyd edir ki, Rusiya ilə humanitarsahələrin əksəriyyətində əməkdaşlıq edilir. Buradan belə nəticəyə gəlmək olar ki, Rusiyasülhməralılarının müvəqqəti səlahiyyətində olanAzərbaycan ərazilərində Kremlin apardığı bütünhumanitar yardımlar layihlər rəsmi Bakının icazəsi və razılığı ilə aparılır”.
Əli