

“Cənab Prezident İlham Əliyevin ölkə televiziyalarına müsahibəsi bir daha göstərdi ki, müharibədən əvvvəl və müharibə günlərində olduğu kimi, indi də həm ölkə daxilində, həm regionda, həm də beynəlxalq siyasətdə dövlətimizin konkret və aydın siyasəti mövcuddur və çevikdir”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri millət vəkili Musa Qasımlı deyib. Millət vəkili əlavə edib ki, dövlət başçısının "müharibəyə bir il əvvəl başlamaq tez, bir il sonra başlamaq gec olardı" sözləri hər şeyi deyir: “Gələcək ssenarilərə dövlətimizin hazır olması barədə cənab Prezidentin söylədikləri aşağıdakı fikirlər uğurlu gələcəyimizdən xəbər verir: “...Artıq biz Qarabağ problemi kimi ağır yükü çiynimizdən atdıq və hesab edirəm ki, yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri olacağıq. Çünki de-fakto bu, artıq baş verib və biz bu de-fakto vəziyyətə tam hazırıq, bütün daxili resurslarla hazırıq. Həm mənəvi, həm xalqımızın səfərbərliyi, xalq-iqtidar birliyi, iqtisadi müstəqillik, enerji müstəqilliyimiz, siyasi gündəliyimiz və Qarabağ Zəfərindən sonra xüsusilə artan imkanlarımız - biz tam hazırıq, istənilən varianta hazırıq. Əgər dünya ənənəvi yollarla inkişaf etməyə davam etsə, - halbuki, mən buna inanmıram, - hazırıq. Əgər dünya, beynəlxalq arxitektura tamamilə çöksə, biz buna hazırıq. Yəni, biz komanda kimiyik. Hər an hazır olmalıyıq ki, özümüz öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirək və bayrağımızı həmişə uca tutaq”.