Putin Bakıda Qarabağ problemini müzakirə edəcək Siyasət

Putin Bakıda Qarabağ problemini müzakirə edəcək

Rusiyanın dövlət başçısının Türkiyə prezidenti ilə də görüşü gözlənilir

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər proqramı açıqlanıb.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, I Avropa Oyunlarının açılış mərasimində iştirak üçün iyunun 12-13-də Azərbaycanda səfərdə olacaq Vladimir Putinin Bakıda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla görüşü gözlənilir: "İyinin 13-də isə Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. Danışıqlar əvvəl təkbətək, daha sonra geniş tərkibdə aparılacaq. Danışıqlarda ikitərəfli münasibətlər müzakirə oluncaq".
Yuri Uşakov Rusiya və Azərbaycan prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunacağını da söyləyib: "Rusiya prezidentinin Bakıda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla da görüşü gözlənilir".