“Ramiz Mehdiyevin parlament haqqında iftiraları onun məkrli xislətinin ifadəsidir” - Aydın Hüseynov Siyasət

“Ramiz Mehdiyevin parlament haqqında iftiraları onun məkrli xislətinin ifadəsidir” - Aydın Hüseynov

“Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan ciddi uğurlara imza atır. Bu gün Azərbaycan cəmiyyətində bütövlükdə həmrəylik mövcuddur. İqtidarla vətəndaş arasında qarşılıqlı hörmət və bütövlükdə birlik var. Amma təəssüf ki, Azərbaycanın uğurlarına kölgə salmaq istəyənlər var". Bu fikirləri millət vəkili Aydın Hüseynov deyib.
Millət vəkili bildirib ki, bu gün Azərbaycan Parlamenti də uğurlu fəaliyyət göstərir və Azərbaycanın dövlətçiliyinə öz töhfəsini verir: “Parlamentin fəaliyyətini daha da genişləndirməsi dövlətimizin uğur qazanmasında maraqlı olmayan qüvvələri narahat edir. Bu gün parlament Azərbaycan xalqının iradəsini özündə əks etdirir. Parlamentdə çoxsaylı partiyalar təmsil olunurlar. Amma təəssüf ki, parlamentin fəaliyyətinə kölgə salmağa cəhd edirlər, iftira və böhtanlar yağdırırlar. Uzun illər yüskək vəzifədə təmsil olunan və bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini daşıyan Ramiz Mehdiyevin parlamentə qarşı arüumentsiz, əsassız və böhtan xarakterli çıxışlarının təsadüfi olmaması bəllidir. Bu bizim dövlətçiliyimizə və onun sütunlarına qarşı yönəlmiş məkrli xislətinin ifadə formasıdır. Milli Məclis bütün istiqamətlərdə aktiv fəaliyyət göstərir. Çoxsaylı qanunlar qəbul edilir, parlament diplomatiyası sahəsində uğurlu addımlar atılır.
Bütün bunlara rəğmən dövlətin sütunlarından biri olan parlamentə qarşı yönəlmiş iftira ürək bulandırır. Görünür xarici siyasətdə aktiv olan, müxtəlif dövlətlərin parlamentləri ilə əlaqlərini genişləndirən, parlamentlərarası dostluq qruplarını daha aktiv mexanizmə çevirən və daha fəal addımlar atan hazırki parlament Azərbaycan dövlətinin güclü olmasını həzm edə bilməyənlərin istək və arzularına uyğun deyil. Bunlardan biri də, çox təəssüf ki, uzun illər yüksək vəzifədə təmsil olunan Ramiz Mehdiyevdir. Ramiz Mehdiyev akademiyanın prezidenti vəzifəsini icra edəndən çox keçməmiş orada da intriqalar baş qaldırdı. Elmə töhfə vermiş bir çox elm adamları intriqalardan bezərək akademiyadan uzaqlaşdı.
Görünın odur ki, Ramiz Mehdiyev intriqalar təkcə akademiya ilə yekunlaşdırmaq niyyətində deyil. O, indi də bu arzuolunmaz və intriqaçı fəaliyyətini parlamentə daşımaq istəyir. Onun niyyətlərinin arxasında məhz bu dayanır. Amma istənilən halda bu niyyətlər baş tutmayacaq”.