“Dağlıq Qarabağın heç bir zaman Ermənistanın tərkibində ola bilməyəcəyini hamı dərk edir” Layihə

“Dağlıq Qarabağın heç bir zaman Ermənistanın tərkibində ola bilməyəcəyini hamı dərk edir”

Azər Rəşidoğlu: "Ermənilər bilirlər ki, işğalçı ordunu Qarabağdan çıxarmağa məcbudrdurlar"

Zəlimxan Məmmədli:"Referendum" barışın qeyri mümkünlüyü barədə ictimai rəyi yaratmağa hesablanan razılaşmış aksiyadır"

Elman Nəsirov: "Hadisələr çox mürəkkəb xətt üzrə inkişaf edə, müharibə versiyası reallaşa bilər"

Dağlıq Qarabağ prosesi ilə bağlı maraqlı proseslər müşahidə edilir. Amma istənilən halda Ermənisdtan tərəfi təxribatlarından qalmır və separatçıların növbəti addımı Dağlıq Qarabağda "referendum" keçirəcəkləri ilə bağlıdır.
Onu da bildirək ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə ermənistanlı həmkarı Edvard Nalbadyan fevralın 21-22-də Moskvaya səfər edəcək.
Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarova bildirib ki, nazirlər görüş zamanı ikitərəfli əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini müzakirə edəcəklər. Zaxarova bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü ilə bağlı isə hələ ki məlumat yoxdur: "Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüşün keçiriləcəyi barədə məlumat yoxdur. Bu barədə məlumat olan kimi bildirəcəyik".
M. Zaxarova Ermənistan tərəfinin Dağlıq Qarabağda "referendum" planlaşdırması barədə suala da cavab verib: "Dağlıq Qarabağ problemi yaxın vaxtlarda Ermənistan XİN rəhbərinin Moskvaya səfəri zamanı müzakirə olunacaq. Onu da bildirmək istəyirəm ki, qısa müddət ərzində azərbaycanlı həmkarlarımızla da təmas planlaşdırılır. Bu səviyyədə də Dağlıq Qarabağ mövzusu müzakirə olunacaq. Məlum məsələ ilə bağlı reaksiyamızı isə daha sonra bildirəcəyik".
Bu arada isə Münhen Təhlükəsizlik konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub. Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. Qeyd edək ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın da konfrans çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulur. Münhen Təhlükəsizlik konfransı fevralın 17-19-də keçiriləcək.
Erməni politoloqları Dağlıq Qarabağda keçiriləcək referendumu müharibə hazırlığı ilə əlaqələndirirlər. Aleksandar İskandaryan deyir ki, Qarabağda yeni müharibə gözləniləndir: "Buna görə də təhlükəsizliyin gücləndirilməsi və cəmiyyətin birləşməsi lazımdır. Aprel müharibəsi böyük dərs oldu".
Stepan Safaryan da referendumda hakimiyyətin güclənməsi və müharibə şəraitində daha çevik hərəkət edə bilməsi məsələsinin həll ediləcəyini deyib.
Lakin ermənilərin özləri də anlayırlar ki, referendumun heç bir hüquqi əsası olmayacaq. Çünki bu ərazilər beynəlxalq hüquq tərəfindən Azərbaycan əraziləri olaraq tanınıb və orada keçirilən hər hansı seçki, yaxud referendum hüquqi əsas daşımır. Qarabağdakı ermənilər referenduma şübhəli yanaşırlar və əsasən İrəvan hakimiyyətini tənqid edirlər.
Erməni millətçiliyini dəstəkləyən "daşnaksütyun" partiyasının nümayəndəsi Kiro Manoyan isə hesab edir ki, keçiriləcək referendum "DQR" rejiminin güclənməsinə hesablanıb: "Bu hakimiyyətin bir əldə cəmlənməsi və istədiyini etməyə hesablanmış addımdır". O hesab edir ki, "DQR"-də "siyasi idarəçilik" dəyişikliyi münaqişənin həllini çətinləşdirəcək: "Bu daxili çaxnaşmalara da səbəb olacaq. Daxili çaxnaşma isə Qarabağın Azərbaycan tərəfindən azad olunmasına gətirib çıxara bilər". O, münaqişənin həlli üçün danışıqlar masasına qayıtmağın vacibliyini bildirib.

"Referendum beynəlxalq hüquqa ziddir"

Siyasi Şərhçi Azər Rəşidoğlu bildirdi ki, Dağlıq Qarabağın heç bir zaman Ermənistanın tərkibində ola bilməyəcəyini hamı dərk edir: "O cümlədən, İrəvan və Xankəndində də bunu anlayırlar. Ermənistanda hakimiyyətin Qarabağ ermənilərindən alınması uğrunda mübarizə gedir. Ermənilər bilirlər ki, işğalçı ordunu Qarabağdan çıxarmağa məcbudrdurlar. Görünür, Serj Sarkisyan istefaya göndərilərsə, Xankəndinə sığınmaq istəyir. Odur ki, özünə ehtiyyat hava limanı hazırlayır. Fevralın 20-də Dağlıq Qarabağda keçiriləcək referendum Azərbaycan qanunlarına və beynəlxalq hüquqa ziddir, bu baxımdan, bu olaya ciddi reaksiya verilməsinin də önəmi yoxdur. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Münhendə keçiriləcək görüşündən də böyük gözləntilərim yoxdur. İrəvan kompromisslərə hazır deyil və danışıqlar prosesini pozmaqdan əl çəkmir. Bu baxımdan, Sarkisyan rejimi ilə sülh danışıqları aparmaq da effekt vermir".
Siyasi ekspert Əli Orucov dedi ki, separatçı rejimin 20 fevrala təyin etdiyi "referendum"da səsverməyə Dağlıq Qarabağın adının dəyişdirilərək Arçax adlandırılması, yəni yeni "konstitususiya" layihəsinin Arçcaxın "Konstitusiya"sı kimi qəbul edilməsinə və həmin "konstitusiya"da nəzərdə tutulan dəyişikliklərə münsibət bilidilməsi çıxarılır: "Dəyişiklıklər də əsasən Ermənistandakı kimi prezident üsul-idarəsindən parlamentar sistemə keçməsidir. Göründüyü kimi bu "referendum"la həm Ermənistan həm də separatçı rejim sülh danışıqlarına zərrə qədər əhəmiyyət vermədiklərini addım addım tanınmamış cinayətkar rejimin tanıdılması istiqamətində cəhdlərini heç nəyə məhəl qoymadan davam etdirir. Burda əsas diqqəti Dağlıq Qarabağın adının rəsmən dəyişdirilməsinə yönəltmək lazımdır. Dağlıq Qarabağ coğrafi ərazi və inzibati ərazi bölgüsü kimi bu ərazilərin Azərbaycan ərazisi kimi tanınmasına açar rolu oynayır. Amma yeni adla problemin adı necə təqdim olunacaq? Bu Ermənistan tərəfin çox ciddi təxribatıdır".

Kreml və Yerevanın ortaq qərarları

Siyasi ekspert Zəlimxan Məmmədli isə vurğuladı ki, qondarma Qarabağ rejimi özbaşına deyil: "Kreml və Yerevanın ortaq qərarlarını yerinə yetirirlər. Konkret odur ki, erməni-rus birliyi Qarabağı elə-belə Azərbaycana qaytarmaq istəmir. Onlar bu prosesin uzanmasında maraqlı görünürlər. Rusiya bu bölgədə əlində maşa olan erməninin qulağını buraxmayacaq. Strateji olaraq bu qulağı öz əlində saxlamağa çalışır. Həm Azərbaycana, həm Türkiyəyə həm də Avropaya meydan oxumaq üçün erməni qulağının rusun əlində olmasında israrlıdırlar. Odur ki, hər hansı həll variantı və konfliktin birdəfələik aradan qaldırılmasını istəmirlər. "Referendum" da konflikt mühitini, barışın qeyri mümkünlüyü barədə ictimai rəyi yaratmağa hesablanan razılaşmış aksiyadır...".

Danışıqlar prosesinə növbəti zərbə
Millət vəkili, politoloq Elman Nəsirov isə Trend-ə bildirib ki, Ermənistanın təcavüz və işğal siyasəti nəticəsində yaranmış qondarma separatçı rejimin Dağlıq Qarabağda "referendum" keçirməsi həm Azərbaycan Konstitusiyasının, həm də beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozulmasıdır. Onun sözlərinə görə, bu onsuz da dalana dirənmiş danışıqlar prosesinə növbəti zərbədir: "Eyni zamanda Ermənistan dövlətinin bu davranışı onun beynəlxalq hüquqa həqarətlə yanaşdığının bir ifadəsi, Ermənistanın növbəti təxribatçı addımıdır. Bizi ən çox narahat edən odur ki, Ermənistanın danışıqlar prosesinin pozulmasına yönəlmiş, status-kvo vəziyyətinin maksimum qorunub saxlanmasına istiqamətlənmiş bu təxribatçı addımını büynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət sükutla qarşılayır, prosesləri kənar müşahidəçi kimi izləyir, heç bir iradə, qətiyyət ortaya qoymurlar. Niyə görə beynəlxalq təşkilatlar postsovet məkanında baş verən bir sıra proseslərə, məsələn, Abxaziyada, Cənubi Osetiyada referendum keçirilməsilə bağlı cəhdlərə qətiyyətlə reaksiya verir, o cəhdlərin qarşısının alınması ilə bağlı son dərəcə ciddi tədbirlər və mexanizmlər işə salırlar? Niyə anoloji yanaşma tərzini Ermənistanın separatçı hərəkətlərinə qarşı nümayiş etdirmirlər? Bu kənar müşahidədə qalmağın motivi nədir"? Millət vəkilinin sözlərinə görə, həmsədrlər, beynəlxalq təşkilatlar bunu çox yaxşı dərk etməlidir ki, belə ikili yanaşmalarla münaqişəni həll etmək olmayacaq: "Hadisələr çox mürəkkəb xətt üzrə inkişaf edə, müharibə versiyası reallaşa bilər. Əgər belə hal baş verərsə, bütün məsuliyyət Ermənistanın və bu işğalçı rejimi himayə edən ölkələrin, beynəlxalq təşkilatların üzərinə düşəcək. Bu prosesdə məsuliyyət həm də ATƏT-in Minsk qrupunun üzərinə düşəcək ki, onlar Ermənistanın təxribatçı hərəkətlərini görür, izləyir, müşahidə edir, lakin özlərinin missiyasından irəli gələn heç bir addım atmırlar. Nəzərə alsaq ki, Ermənistanın bu təxribatçı əməlləri Münhen Təhlükəsizlik Konfransı keçirilən bir ərəfəyə düşür. Burada təsadüf də axtarmaq lazım deyil. Ermənistan bununla bir daha beynəlxalq ictimaiyyətə göstərmək istəyir ki, onların səylərinin Ermənistan üçün heç bir dəxli yoxdur. Hesab edirəm ki, beynəlxalq təşkilatlar ilk növbədə öz simalarını qoruyub-saxlamaq üçün Ermənistana qarşı müəyyən təzyiq və təsir mexanizmlərini işə salmalıdırlar".

Əli