Dünya Azərbaycan Ordusunun gücündən yazır Layihə

Dünya Azərbaycan Ordusunun gücündən yazır

Ermənistan ordusunda soyqğunçuluq artır, Paşinyan isə qorxudan müharibəyə hazırlaşır

"Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində baş verənlər son 20 il ərzində Qarabağ klanının ermənilərin başına açdığı oyunlar barədə aydın təsəvvür yaradır. Hətta evi olmayan Manvel Qriqoryan indi Ermənistanda və Dağlıq Qarabağda böyük və çoxsaylı mülklərə, zooparka, avtoparka malikdir. Əvvəlcə Dağlıq Qarabağda və ətraf rayonlarda azərbaycanlılara qarşı soyğunçuluq edən quldur general Manvel Qriqoryan atəşkəs rejimindən sonra ermənilərə qarşı soyğunçuluq etdi". Bunu açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mərkəz sədrinin sözlərinə görə, aparılan yoxlamalar onun hətta aprel döyüşləri zamanı xaricdən Ermənistana göndərilən yardımın böyük bir qismini özününküləşdirdiyini göstərir: "Aprel döyüşləri zamanı hətta 3-4 gün yemək tapa bilməyən erməni döyüşçüləri olub. İndi bəlli olur ki, o zaman M.Qriqoryanın Dağlıq Qarabağdakı anbarları əsgər payları ilə dolu imiş.
M.Qriqoryanın təkbaşına fəaliyyət göstərdiyini düşünmək sadəlövhlükdür. Quldur general M.Qriqoryan əvvəlcə Vazgen Sərkisyanın, sonra Robert Köçəryanın, sonra isə Serj Sərkisyanın əlində alət və vasitə oldu. 1999-cu ilin parlament güllə-boranından üzü bəri baş verən bütün proseslərdə quldur M.Qriqoryan gah o, gah da bu tərəfin mövqeyini dəstəklədi.
Vasitə olması isə daha qabarıq şəkildə üzdədir. Ermənistanın kəskin müxalifətçilərindən olan Arbat Xaçatryanın fikirlərinə istinad etsək kənddən boş əllə Yerevana gəlmiş Robert Köçəryan və S.Sərkisyan indi Ermənistanın yarısına sahibdirlər.
R.Köçəryanın əmlakının 5 milyard dollar olduğu barədə məlumatlar var. S.Sərkisyanın da əmlakı təxminən bu miqdardadır. R.Köçəryan və S.Sərkisyanın erməni xalqını talaması üçün M.Qriqoryanın hərbi dəstəsi vasitə idi.
Hərbi komandirlərin öz tabeçiliyində olanların əlindəkiləri necə talan etməsi ilə bağlı hər gün mətbuatda məlumatlar yayılır. M.Qriqoryanın anbarları ərzaq və digər məhsullarla dolu olduğu halda erməni əsgərini ərzaq və gündəlik tələbat mallarını valideynləri təmin edirmiş. Günlərlə əsgərin ac qalmasından xəbərdar olan Manvel Qriqoryan meymun və şirlərini əsgər payları ilə yemlədiyi halda erməni əsgərinə o paylardan vermirdi. Çünki M.Qriqoryan R.Köçəryan və S.Sərkisyanın yalnız oğurluq barədə düşündüklərini bilirdi.
Polşada erməni əsgərləri üçün nəzərdə tutulmuş konservlər açıq şəkildə mağazalarda satılırdı. Bu fakt özü Ermənistan mətbuatında qalmaqal yaratsa da sonradan işi ört-basdır etdilər. Təbii ki, bu M.Qriqoryanın S.Sərkisyanla birlikdə əməli olduğu üçün sonadək tədqiq edilmədi.
Artıq birmənalı şəkildə demək olar ki, bütün Ermənistan cəmiyyəti oğru, rüşvətxor və qapağanlardan ibarət imiş. 5-3 faizin kənarda qalması ümumi mənzərəni dəyişmir. S.Sərkisyan Ermənistanda və Dağlıq Qarabağda elitanın oğru və rüşvətxor olmasında maraqlı idi. Çünki daha asan idarə edə bilirdi. Uzun müddət Dağlıq Qarabağda müdafiə naziri işləmiş indi Ermənistanın müdafiə nazirliyinin baş inspektoru Movses Akopyanın korrupsiya fəaliyyəti və həyat yoldaşının davranışı ilə bağlı məlumatlar heç kəsə sirr deyil. Amma M.Akopyan rütbə və vəzifədə böyüyür. Çünki erməni cəmiyyətində inkişaf etməyin yeganə yolu oğurluq və qapağanlıqdan keçir.
Bütün bu aşkarlanan faktlar separatçı Dağlıq Qarabağın de-fakto rəhbərliyinin təmsilçilərində müvafiq hisslər, düşüncələr yaradır. İndi Afrikada da "qapağan" dedikdə Ermənistan yada düşür.
Afrikanın həm də primatların vətəni olmasını nəzərdə tutmuruq. David Babayan baş verənlərlə tanış olduqda istər-istəməz "qapağan" ifadəsini xatırlamalıdır. Amma bu ifadəni işlətməyin orijinal variantını tətbiq etdi: Azərbaycan rəhbərliyinə ünvanladı. David Babayan Azərbaycan vətəndaşıdır, bəlkə vicdana malikdir. Yaxında onun vicdanın oyanacağına, qapağan terminini əsl sahibinə ünvanlayacaq".
Bu arada İranın ANAJ saytı Azərbaycan Silahlıq Qüvvələrin gücündən yazıb. İran mediası bilriri ki, 2016-cı ilin aprel döyüşləri, eləcə də Azərbaycan Ordusunun Ermənistanla Naxçıvandakı sərhəddə son irəliləyi, bununla da Yerevan-Xankəndi (Qarabağın mərkəzi) magistralına nəzarəti ələ alması Ermənistanın Bakı tərəfindən iqtisadi təcridinə hərbi təhdidlər də əlavə edir.
Bu il iyunun 26-da Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi onun Silahlı qüvvələrinin hərbi paradı və Türkiyəyə məxsus hərbi təyyarələrin Bakı səmasında uçusu ilə qeyd olunub. Paradda çıxış edən Azərbaycan prezidenti İlham Əliyev isə əvvəlkindən daha sərt tonla danışıb, ölkəsindən Ermənistana gələn hərbi təhdidlərdən danışıb. O, Ermənistanın Azərbaycanla nə iqtisadi, nə də hərbi rəqabət aparmaq gücündə olduğunu bildirib.
Əliyev tarixi ədalətin bərqərar ediləcəyinə əminliyini ifadə edərək, Ermənistanla Azərbaycan arasında müharibənin yalnız ilk fazasının başa çatdığını deyib. O, işğal olunmuş Dağlıq Qarabağın Azərbaycana qaytarılmayacağı təqdirdə sanki iki dövlət arasında müharibənin ikinci fazasının başlayacağının anonsunu verib.
İlham Əliyev son illərdə ordunun necə gücləndiyindən söz açıb, Azırbaycanın hərbi büdcənin 15 dəfə artdığını söyləyib: "Qlobal tendensiyalar dünyada beynəlxalq hüququn işləmədiyini göstərir. Əgər beynəlxalq hüquq işləsəydi, Azərbaycan torpaqları işğaldan azad olunardı. Beynəlxalq təşkilatların qərarları icra edilmir, onların icrası mexanizmi yoxdur. Bu gün dünyanın müxtəlif bölgələrində güc amili əsas amilə çevrilib. Belə bir vəziyyətdə bizim siyasətimiz tamamilə doğrudur. Düşmən bilsin ki, Azərbaycan Ordusu onun bütün hərbi və strateji obyektlərini məhv edə bilər. Bu gün bizim nümayiş etdirdiyimiz silahlar bu həqiqəti Ermənistana və bütün dünyaya göstərir. Azərbaycan daha da güclü olacaq. Biz inkişaf yolundayıq. Bütün yollar və üfüqlər bizim üzümüzə açıqdır. Ermənistan bizimlə əsla rəqabət apara bilməz. Tarixi ədalət və beynəlxalq hüquq, iqtisadi, hərbi güc və vətənpərvərlik ruhu da bizim tərəfimizdədir. 2016-cı ilin aprel qələbəsi və Naxçıvan qələbəsi xalqımızın vətənpərvərlik ruhunu daha da gücləndirib".
Qarşı tərəfdəsə vəziyyət tamamilə fərqlidir. Ermənistanda ötən ay baş vermiş məlum proseslər və dəyişikliklər nəticəsində hakimiyyəti ələ almış yeni baş nazir tamamilə passiv və zəif mövqe sərgiləyir. O, Azərbaycanı hərbi ritorikadan istifadə etməkdə günahlandırır və Dağlıq Qarabağ münaqişəsinin hərbi vasitə ilə həlli yolunun olmadığını bildirir.
Erməni nazir Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanla Ermənistanın sərhədində irəlilədiyini də etirf edir. O, bununla regionda vəziyyətin pisləşdiyini söyləyib və mövcud vəziyyətin araşdırıldığını bildirib.
Azərbaycan Ordusunun Naxçıvan istiqamətində irəlilədiyinə dair sualı cavablandıran Paşinyan deyib: "Narahatlığa əsas yoxdur. Əlbəttə ki, Naxçıvan bölgəsində vəziyyət müəyyən qədər gərgindir. Ancaq hərbi risklər baxımından heç bir dəyişiklik yoxdur. Azərbaycan tərəfi yalnız öz dislokasiya nöqtələrini dəyişib. Onlar əslində, Yerevan-Laçın dəhlizini 1992-1993-cü illərdən nəzarətdə saxlayır. Bu məsələdə heç bir dəyişiklik olmayıb. Sadəcə, bəzi nöqtələrdə mövqelərini irəli çəkiblər. Bizim mövqelərimizin dəyişib-dəyişmədiyi haqda bir şey demək istəmirəm. Yalnız onu deyə bilərəm ki, bölgədə gərginlik baş verib və bu vəziyyət indi də davam edir. Biz Azərbaycan mövqelərinin irəli çəkilməsi nəticəsində yarana biləcək riskləri nəzərdən keçiririk".
Regional və beynəlxalq prosesləri, Cənubi Qafqazda qüvvələr balansının dəyişdiyini, xüsusilə Azərbaycanın İran və Rusiya ilə daha da yaxınlaşdığını, bu ölkənin bölgədəki müttəfiqi olan Türkiyə ilə bağlılığının daha da möhkəmləndiyini, Azərbaycan Ordusunun işğal olunmuş Qarabağ ərazilərində zaman-zaman irəlilədiyini, Ermənistan hökumətininsə Qərbə və ABŞ-la yaxınlaşmaq kursu götürdüyünü nəzərə alsaq, Dağlıq Qarabağ münaqişəsilə bağlı vəziyyət aydın şəkildə Azərbaycanın xeyrinə dəyişməkdədir.
2016-cı ilin aprel döyüşləri və Naxçıvanda baş verən son olaylar, Azərbaycanın Bakının Yerevan-Xankəndi (Qarabağın mərkəzi) magistralına nəzarəti ələ alması Ermənistanın Bakı tərəfindən iqtisadi təcridinə hərbi təhdidlər də əlavə edir.
Görünən odur ki, 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının 20%-ni Sovet ordusunun dəstəyilə işğal etmiş Ermənistanın yararsız qələbəsi, Azərbaycanın hərbi, diplomatik və iqtisadi mövqelərinin güclənməsilə sual altına düşür. Bu, Qarabağda müharibənin hələ başa çatmadığını təsdiqləyir. İstənilən halda, 20 ildir vəziyyət Azərbaycanın xeyrinə, Ermənistanın ziyanına dəyişməkdədir.
Baş nazir Nikol Paşinyan isə Azərbaycan ordusunun yaranmasının 100 illik yubileyi ilə əlaqədar Bakıda keçirilən hərbi paraddan qorxuya düşərək deyib ki, erməni hərbçiləri Dağlıq Qarabağda, eləcə də Azərbaycanla sərhəddə hadisələrin istənilən cür inkişafına hazır olmalıdırlar.
Azərbayacanın keçirməyə hazırlaşdığı irimiqyaslı hərbi təlimlər düşməni qorxuya salıb. Onun sözlərinə görə, son günlər Azərbaycan sərhədə canlı qüvvə və hərbi texnika cəmləyir.
Ermənistan hökumət başçısı həmçinin bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan-Azərbaycan sərhədində mühəndis və möhkəmləndirmə işləri aparmağa cəhd ediblər.
Bu arada Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Savelyev deyib ki, Qarabağ qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır.
Dağlıq Qarabağ və ətrafındakı işğal olunmuş yeddi rayon Ermənistan tərəfindən azad edilməli və heç bir əlavə şərt irəli sürülmədən Azərbaycana qaytarılmalıdır.
"Bu gün Ermənistanda həm Rusiya, həm də Azərbaycan üçün qətiyyən gözlənilməz siyasət yeridilir. Böhran (Ermənistan-Azərbaycan) ATƏT MQ-yə daxil olan amerikalıların mövqeyi, həmçinin ABŞ-da, Kanadada və Avropa mövcud olan nüfuzlu erməni diasporlarının mövqeyi nəzərə alınmaqla daha da kəskinləşə bilər. Qayıq çox möhkəm silkələnməyə başlayacaq. Rusiya hər zaman bəyan edir – böhran sülh yolu ilə həllini tapmalıdır. Qarabağ və yeddi rayon Azərbaycana hər hansı əlavə şərt irəli sürülmədən qaytarılmalıdır", - Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən "Azərbaycan Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqidir" konfransında iştirak edən D.Savelyev qeyd edib.
Onun sözlərinə görə, Ermənistan ABŞ və Avropa İttifaqı istiqamətinə meyllənməyə başlayır və müəyyən mənada Ukraynanın yolu ilə gedir.
"Şübhəsiz ki, Rusiyada biz bunu heç istəmirik. Lakin bəzi əlamətlərə görə sezirik ki, ssenarinin bu cür inkişafı mümkündür. Əgər, Allah göstərməsin, belə bir şey baş verərsə, Azərbaycan təmas xəttində amerikalı hərbi müşavirlərlə, beynəlxalq muzdlularla və müasir hərbi komplekslərlə üz-üzə qala bilər. Bu həm Rusiya, həm də Azərbaycan üçün ümumiyyətlə gözlənilməyən bir yoldur və Ermənistan hazırda bu yolu seçir", - D.Savelyev vurğulayıb.
Cavid