“Brüssel səfərində Paşinyanın təşəbbüslərinin iflasa uğraması...” Layihə

“Brüssel səfərində Paşinyanın təşəbbüslərinin iflasa uğraması...”

Elçin Mirzəbəyli: "Azərbaycan Prezidentinin mövqeyinin əsas götürülməsi işğalçı ölkəyə qarşı ciddi mesajdır"

Aydın Quliyev: ""Bu, Qarabağ probleminin həlli tarixində Ermənistanın ən ağır diplomatik uğursuzluq səhifələrindən biri kimi qalacaq"


Prezident İlham Əliyev NATO-nun Brüssel sammitinə qatıldı və bir sıra görüşlər keçirdi. Sammit çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə dəstəyi ifadə edən bəyanat yayıldı. Ermənistan baş naziri Paşinyan isə erməni xislətinə uyğun çıxışlar etdi. Ekspertlər dövlət başçısının Brüssel səfərini və bu səfərin danışıqlar prosesinə təsiri şərh ediblər.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, analitik Elçin Mirzəbəyli bildirib ki, Prezident İlham Əliyevin NATO-nun Brüssel sammitinə dəvət olunan ali qonaqların sırasında olması, dövlət başçımıza və onunla birlikdə Brüsselə səfər edən Azərbaycan nümayəndə heyətinin üzvlərinə xüsusi münasibətin göstərilməsi mühüm və diqqətə alınası bir məqam kimi qiymətləndirilməlidir. O bildirib ki, sammit çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə ifadə olunan birmənalı dəstək ölkəmizin və dövlət başçımızın böyük uğurudur. Ölkə başçısının Brüsselə səfəri zamanı mühüm görüşlər keçirdiyini xatırladan siyasi şərhçi qeyd edib ki, Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, arasında görüş Azərbaycanla Avropa İttifaqı və Qərb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığ əlaqələrinin daha da dərinləşməsinə xidmət edir: "Azərbaycanın xarici işlər və müdafiə nazirlərinin ABŞ-ın dövlət katibi Mayk Pompeo və müdafiə naziri Ceyms Mattislə görüşləri, Pompeo və Mattisin Azərbaycana səfər edəcəklərini bildirmələri, qənaətimə görə, Bakı-Vaşinqton münasibətlərinin yeni və perspektivli bir mərhələyə qədəm qoyduğundan xəbər verir".
E. Mirzəbəyli qeyd edib ki, Brüssel səfərində Nikol Paşinyanın təşəbbüslərinin iflasa uğraması, Azərbaycan Prezidentinin mövqeyinin əsas götürülməsi işğalçı ölkəyə və onu hərtərəfli himayə edənlərə qarşı ciddi mesajdır: "Paşinyanın Dağlıq Qarabağın separatçı rejimini danışıqlara qoşmaq cəhdi iflasa uğrayıb. Moqerini də açıq şəkildə danışıqlar prosesinin davam etdirilməsini bəyan edib. Eyni zamanda, NATO sammitinin yekun sənədində Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunub. Hesab edirəm ki, NATO-nun Brüssel sammitinin yekunları Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı aparılacaq danışıqlar prosesinə öz təsirini göstərəcək".
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın "məxməri inqilab"dan sonra Avropadan daha ciddi münasibət gözləyirdik" bəyanatı NATO və Avropa İttifaqının Brüssel sammitlərinin qərarlarının Ermənistanda doğurduğu böyük məyusluğun təzahürüdür. A.Quliyevin sözlərinə görə, N.Paşinyan açıq etiraf edirsə, deməli, onun ölkəsinin rəsmi Brüsseldən böyük gözləntiləri olub: "Məxməri inqilab"ın xərcini ona hazırlıq müddətində son dollarına qədər almış Paşinyanın rəsmi Brüsseldən daha nə təmənna umduğunu demək çətindir. Ancaq əgər özlərinin iddia etdiyi kimi, inqilabı qansız həyata keçirdiyinə və korrupsiya ilə mübarizə apardığına görə Avropadan əvəz istəyirsə, bunun yanlış olduğunu əvvəlcədən bilmək lazım idi. Paşinyanın böyük səhvi ondadir ki, dinc inqilabın və antikorrupsiya tədbirlərinin Ermənistandan çox guya Avropaya lazım olduğunu düşünüb. Həqiqətən də əvvəlki prezident Sarkisyanın komandasının korrupsiya ilə taladığı pulların üzə çıxarılmasının Avropaya isti-soyuğu yoxdur. Yəni parlament seçkisinin təşkili üçün Paşinyanın Avropadan azı 80 milyon avro vəsait almaq niyyətlərinin baş tutmaması xüsusilə məntiqli nəticədir. Bu gün əleyhinə böyük antikorrupsiya tədbirlərinin görüldüyü sabiq prezidentin komandası hələ qismən yerindədirsə, seçkiyə ayrılan yardımın hansısa hissəsinin mənimsənilməyəcəyinə Avropa strukturlarinda əminlik ola bilməz".
Baş redaktor bildirib ki, NATO və Avropa Birliyinin sammitlərinin İrəvanda doğurduğu məyusluq iki istiqamətdə özünü göstərir:
"Əvvəla, deyildiyi kimi, "məxməri inqilab" komandası gözlədiyi maliyyə-siyasi dəstəyi ala bilmədi. İkinci, Azərbaycan diplomatiyası hər iki sammitin rəsmi sənədlərində ərazi bütövlüyü prinsipinin birmənalı dəstəklənməsinə nail ola bildi. Bu, Qarabağ probleminin həlli tarixində Ermənistanın ən ağır diplomatik uğursuzluq səhifələrindən biri kimi qalacaq. Azərbaycan diplomatiyasının və şəxsən Prezident İlham Əliyevin diplomatik məharətinin nəticəsi ortadadır. Prezident İlham Əliyev Ermənistanın daxildə demokratik hakimiyyət dəyişikliyi şousu qurmaqla Qarabağ probleminin həllində öz xeyirlərinə tarixi dönüş yaratmaq planlarını iflasa uğratdı. Ermənistanda səhvən düşünürdülər ki, hakimiyyət dəyişikliyini dinc demokratik proses kimi göstərə bilsələr, dünya Qarabağ məsələsində onlara daha böyük dəstək verəcək. "Məxməri inqilab"dan sonra Qarabağ uğrunda ilk həlledici Brüssel döyüşü İlham Əliyevin Paşinyan üzərində qələbəsi ilə bitdi".
Mmillət vəkili Sahib Alıyev diqqətə çatdırıb ki, ölkəmizdə qarışıqlıq salmağa və buna yüz il öncə Azərbaycanın müstəqilliyinin elan edildiyi qədim Gəncəmizdən başlamağa çalışan qüvvələrə və onların qulluğunda duran şərəfsizlərə ən sarsıdıcı cavab Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə uğurlu səfəri oldu: "NATO sammitində torpaq bütünlüyümüzün dəstəklənməsi, Avropa Birliyi ilə imzalanan strateji sənəddə bu qurumun da eyni mövqe sərgiləməsi onu göstərdi ki, kimsə Azərbaycanı öz yolundan döndərə, zülmətə qərq edə bilməyəcək".
Millət vəkili ölkə əleyhinə törədilən hadisələri pislədiyini bildirib: "Əmin-amanlığımıza qarşı yönələn cəhdlərin qarşısını qətiyyətlə alan güc strukturlarımızı alqışlayır, şəhid polislərimizə rəhmət diləyir, dövlətimin düşmənlərinə nifrətimi bildirir, onlara qulluq edənləri lənətləyirəm".
Politoloq Mübariz Əhmədoğlu deyib ki, hazırda Nikol Paşinyan dedikdə Ermənistan hökuməti və elitası başa düşülür: "O, qurduğu avtoritar rejim vasitəsilə hər şeyi tək başına həll edir. Köməkçiləri, müavinləri və nazirlər real vəziyyəti ona çatdırmaqdan qorxurlar, çünki N.Paşinyana ancaq lazım olan söz deyilməlidir. Ən yaxşı misal Brüssel aeroportunda keçirdiyi müsahibədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə onun verdiyi izahdır. Paşinyanın dediyindən belə alınır ki, həmsədrlərin xarici işlər nazirləri ilə görüşündə əsas mövzu həmsədrlərin Frankofoniya sammitində iştirakı olub və onlar icazəni almaq üçün acizanə xahiş ediblər. Yəqin ki, xarici işlər naziri Z.Mnasakanyan baş nazirə belə məlumat verib".
Politoloq qeyd edib ki, Paşinyan Ermənistanın maraqlarına toxunacaq tezis olacağı təqdirdə NATO-nun sammitində iştirak etməyəcəyini bildirmişdi: "Ermənistanın maraqlarına toxunan tezislər dedikdə NATO sammitinin yekun sənədində Dağlıq Qarabağ mövzusunda əvvəlki sammitlərdə olan tezisin təkrarlanacağını nəzərdə tuturdular. Bu da baş verdi. NATO 2008-ci il Buxarest sammitindən başlayaraq Dağlıq Qarabağ tənzimlənməsi mövzusunda bəyan etdiyi tezisi yenidən təkrarladı. Son variant daha antierməni idi. Ərazi bütövlüyü, dövlət suverenliyi prinsiplərinə dəstək ifadə olunur, "Dağlıq Qarabağ münaqişəsi" termini istifadə olunmur, "ATƏT Minsk Qrupunun adı samitin yekun sənədinə salınmır. Buna baxmayaraq Paşinyan sammitdə iştirak etdi. Qeyd edək ki, sammitin yekun sənədinin mətni əvvəlcədən Paşinyana bəlli idi.
Paşinyan Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Moqerini ilə görüşdü və Dağlıq Qarabağ məsələsini müzakirə etdi. Moqerini N.Paşinyanla görüşdən dərhal sonra heç bir şərt olmadan Dağlıq Qarabağ tənzimlənməsi üzrə danışıqların aparılmasının zəruriliyini bildirən bəyanat yaydı. N.Paşinyan danışıqların aparılması üçün şərt irəli sürüb: Dağlıq Qarabağ danışıqlarda bərabərhüquqlu tərəf kimi iştirak etməlidir. Moqerini Paşinyanın bu şərtini dərhal rədd etdi.
Brüssel aeroportunda keçirdiyi mətbuat konfransında Paşinyan NATO sammitinin yekun sənədində və Moqerinin bəyanatında Dağlıq Qarabağ mövzusunda deyilənlərə münasibət bildirmədi. Bir az əvvəl NATO-nun Əfqanıstan mövzusunda keçirdiyi konfransda çıxışı zamanı Dağlıq Qarabağ tənzimlənməsi ilə əlaqədar dedikləri isə demokratiya pərdəsi altında beynəlxalq ictimaiyyəti aldatmaq şousundan başqa bir şey deyil.
Paşinyan vaxtilə Köçəryanın hansısa demokratik vasitələrlə ətraf rayonların Azərbaycana qaytarılmasını istisna edəcəyinin mümkünlüyü barədə tezisini ələ salmışdı. İndi özü həmin yolu gedir. Beynəlxalq ictimaiyyətin İspaniyanın demokratikliyinə zərrə qədər şübhəsi yoxdur. Kataloniyada baş verənlərə münasibəti də bəllidir.
Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşev Ermənistanın Təhlükəsizlik Şurasının katibi Qriqoryanı Moskvada qəbul etdi. Rusiyanın dinc yolla, mərhələli həll variantında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin tərəfdarı olduğunu bildirdi. Qriqoryan sonradan bu bəyanata "düzəliş" etdi. Guya Rusiya dinc yolla münaqişənin həllinin tərəfdarıdır. "Mərhələli həll variantı" Ermənistanın maraqlarına cavab vermədiyi üçün Qriqoryan mətndən bu termini sildi. Təbii ki, Paşinyan qorxusu da özünü göstərdi.
Dağlıq Qarabağ tənzimlənməsində Sərkisyanın, eləcə də Köçəryanın mövqeyi beynəlxalq ictimaiyyətə daha səmimi görünürdü. Buna baxmayaraq beynəlxalq ictimaiyyət Qarabağda döyüşmüş bu iki eks-prezidentin mövqeyini inkar etdi. Belə mövqe nümayiş etdirən Paşinyana isə "demokratik papaqlı" kloun kimi baxacaqlar".

Əli