13 İyun 10:19
Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə səfər edəcək
Asiya fond bazarları ABŞ-İran razılaşması gözləntiləri fonunda yüksəlib
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
5 Noyabr 2024 11:41
2 079
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Müsəlman Ağsaqqalları Şurası, BMT Ətraf Mühit Proqramı (UNEP) və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) çərçivəsində 5-6 noyabr tarixlərində keçiriləcək Dini Liderlərin Qlobal Bakı Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə cəfərilərinin rəhbəri Səlahaddin Özgündüz Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib, ali təhsil müəssisəsinin tələbə və müəllim kollektivi ilə görüşüb.
Aİİ rektoru, dosent Aqil Şirinov açılış nitqi ilə çıxış edərək, Səlahaddin Özgündüzü Aİİ-də görməkdən məmnun olduğunu bildirib, qonağa ali təhsil müəssisəsi haqqında məlumat verib. Türkiyə–Azərbaycan qardaşlığının əbədi olduğunu vurğulayan A.Şirinov tarixin bütün dövrlərində bu məqama şahidlik etdiyimizi diqqətə çatdırıb.
İnstitut rəhbəri Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi zamanında da qardaş Türkiyə xalqının və dövlətinin göstərdikləri mənəvi dəstəyi xüsusi qeyd edib. Rektor, həmçinin Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın dostluğunun dövlətlərimiz arasında əlaqələrin inkişafında əvəzsiz rolundan bəhs edib.
Rektor daha sonra “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Bakı Sammitinin ölkəmizdə təşkil olunmasının əhəmiyyətini diqqətə çatdırıb.
Səlahaddin Özgündüz çıxışında vurğulayıb ki, ilahiyyat sahəsində savadlı, bilikli kadrlara hər zaman ehtiyac vardır. İctimai elmlərin və xüsusən də ilahiyyatın əhəmiyyətinə diqqət çəkən qonaq qeyd edib ki, müasir dünyanın mənəvi problemlərinin həlli sahəsində səylə çalışacaq ziyalılara, ilahiyyatçılara, mütəfəkkirlərə, cəmiyyətin önündə gedən insanlara ehtiyac var. O, XXI əsrdə islami elmlərdə dərin araşdırma aparacaq ziyalıların yetişdirilməsinin zəruri olduğunu vurğulayıb.
S.Özgündüz Azərbaycan İlahiyyat İnstitutunda məzhəblərüstü tədrisin əhəmiyyətini diqqətə çatdırıb, tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Cavid
13 İyun 14:18
1 764
13 İyun 14:16
1 729
13 İyun 13:26
1 778


