SDG/YPG-yi “önəmli” göstərən faydalı bir aparat: İŞİD
1 Yanvar 20:38
1 Yanvar 20:38
1 Yanvar 18:31
30 Dekabr 2025 23:00
3 Dekabr 2024 17:57
3 234
Təhsil Nazirliyinə və rayon Təhsil Şöbələrinə yeni şöbə və sektor müdirləri təyin olunub.
Xalqcebhesi.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində vakant vəzifələrin tutulması üçün keçirilən daxili müsahibədə uğur qazanan namizədlər Təhsil Nazirliyinə və rayon Təhsil Şöbələrinə yeni vəzifələrə təyin olunublar.
Belə ki, Elşən Tofiq oğlu Qəbulov Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumitəhsilin idarə edilməsi şöbəsinə şöbə müdiri, Gültəkin Əli qızı Rüstəmli həmin şöbəyə sektor müdiri, Sahil Əkbər oğlu Əlizadə Babək rayon Təhsil Şöbəsinə, Murad Rövşən oğlu Hümbətov Culfa rayon Təhsil Şöbəsinə, Ayaz İdris oğlu Əliyev isə Kəngərli rayon Təhsil Şöbəsinə müdir təyin olunublar.
Qeyd edək ki, Elşən Qəbulov bundan əvvəl Kəngərli rayon Təhsil Şöbəsinin müdiri, Gültəkin Rüstəmli Təhsil Naziriliyi Aparatının Məktəbəqədər və ümumitəhsil sektorunda aparıcı məsləhətçi, Sahil Əlizadə Nazirlik Aparatının Uşaq və gənclərin inkişafı sektorunun baş məsləhətçisi, Ayaz Əliyev həmin sektorda aparıcı məsləhətçi, Murad Hümbətov isə Culfa rayon Təhsil Şöbəsində baş məsləhətçi vəzifələrində çalışıblar.
2 Yanvar 15:01
1 232
1 Yanvar 18:30
1 449
1 Yanvar 18:29
1 470