

5 Sentyabr 16:56
5 Sentyabr 16:49
5 Sentyabr 15:50
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Hüquqi şəxslər tərəfindən torpaq icarəsinə görə əldə edilən icarə haqqının ƏDV-dən azad olunması məsələsi artıq uzun illərdir müzakirə olunurdu. Burada məsələ Azərbaycan vətəndaşlarının sahibkarlığa təşviqinin gücləndirilməsi, sahibkarların vergi yükünün azaldılması istiqamətində atılan addımlar idi ki, bu da bir çox ekspertlər kimi mənim tərəfimdən də müsbət qarşılanır”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.
Ekspert burada, eyni zamanda, praktiki problem olduğunu, bir çox icarə ödəyiciləri, həmçinin icarədarlar praktiki qaydada vergi məsələlərindən yayınmaq məqsədi ilə öz obyektlərini, torpaqlarını qeyri-rəsmi şəkildə icarəyə verdiklərini bildirib: “Bu istiqamətdə atılan bu addım düşünürəm ki, təşviq olaraq müsbət hal kimi qiymətləndirilməlidir. Yəni bundan sonra bəzi məsələlərdə vergi yükünün azadılması istiqamətində atılan addımlar bu tip məsələlərin rəsmiləşdirilməsinə gətirib çıxaracaq”.
Röya İsrafilova