Nazir: Səhiyyə sahəsində kadr çatışmazlığı ilə bağlı layihə hazırlanır
Qeyri-formal məşğul şəxslərin icbari tibbi sığorta haqqını özləri ödəməsinə aydınlıq gətirilib
Azərbaycanda 10 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
Pakistanın Aİ-dəki səfiri: Zəfər Gününü Azərbaycanla birlikdə qeyd edirik - EKSKLÜZİV
27 Dekabr 2024 17:13
5 047
Naxçıvan Ali Məclisinin üzvü Üzeyir Məmmədov, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, "İnkişafa və İslahatlara Dəstək" İctimai Birliyinin sədri Ramil Əliyev, "İnkişafa və İslahatlara Dəstək" İctimai Birliyinin sədr müavini Xəqani Əliyev və iş adamı İsmayıl Allahverdiyev Qarsda səfərdə olub.
Xalqcebhesi.az xəbər verir ki, səfər zamanı onlar Qars bələdiyyəsinin sədri Ötükən Səngərlə görüş keçiriblər. Görüş zamanı onlar Azərbaycan-Türkiyə münasibətlərindən, qardaş ölkələr arasında əlaqələrin inkişafından danışıblar.
Eyni zamanda Azərbaycanın tarixi qələbəsi, hər iki ölkənin ictimai təşkilatları və mediası arasında əlaqələrin inkişafının vacibliyi önə çəkilib.