Yol polisi arxa duman fənərlərindən istifadə edən sürücünü saxladı - VİDEO
ABŞ Sahil Mühafizəsi rus tankerinə qarşı əməliyyat aparır
Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsi beynəlxalq mediada geniş işıqlandırılıb
Ərdoğan: ABŞ-ın Maduronu Türkiyəyə dəvət etməsi xəbərləri doğru deyil
13 Yanvar 2025 18:47
3 304
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan Xalqcebhesi.az-a bildirilib ki, Günəşin fəallığı nisbətən zəifləyəcək. Hazırda Günəş küləyinin sürəti normaldır.
Yanvarın 13-19-da C sinif alışmanın başvermə ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın başvermə ehtimalı 40 faiz, X (R3) sinif alışmanın başvermə ehtimalı isə 10 faiz təşkil edir.
Günəş küləyinin mənfi qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə yanvarın 14-15-də yüksəlməsi ehtimalı var. Geomaqnit sahəsinin sakit və qeyri-stabil səviyyələrdə olacağı proqnozlaşdırılır, geomaqnit qasırğası gözlənilmir.