
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Ağlımız kəsəndən hər gün atəş səsinə oyandıq. Doğulduğum kənddə hər zaman insanları ayaq üstə döyüşə hazır gördüm. Biz bax belə böyüdük. Yuxudan top səsinə oyandıq. Hər gün kiminsə şəhid xəbəri də adiləşdi. Hər gün yeni bir şəhid haqqında kiçik məktəbli olaraq yazmağa başladıq. Amma bizim də uşaqlıq arzularımız var idi, axı…
Bizdə arzularımızın ardınca addımlamağa çalışdıq. Şəhid xəbərlərini tale yazısı sandıq. Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısı idi bizimüçün. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana – əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.
Müharibə varsa, şəhid də var, qazi də, itkin də…
Bu müharibənin ən qaynar nöqtəsi oldu, doğulduğumuz bu kənd, bu rayon… Beyləqan elə bil son sığınacaq idi. Bu sığınacaqdakı uşaqlar isə özləri üçün şəhidlik kəfənini geyinən cəngavərlər idi…
O cəngavərlərdən biri haqqında danışmaq istəyirəm. Şəhid Tural Əmiraslanlı haqqında…
Müharibənin yeni şiddətləndiyi bir dövrdə 1991-ci ildə doğulanda ata-anası ona Tural adı qoydu. Arzuları çox idi. Amma Tural elə müharibənin içində böyüdü, mətinləşdi. Tural orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetində ali təhsil aldı. Universiteti bitirdikdən sonra isə hərbi xidmətə çağırıldı. O, xidmət etdiyi müddətdə dəfələrlə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu ərazisindəki təmas xəttinə yaxın ərazilərdə yaşayan yerli sakinlərə qarşı keçirdiyi əməliyyatların qarşısının alınmasında iştirak etdi. 2015-ci ildə düşmən tərəfinin yenidən Azərbaycana qarşı həyata keçirdiyi növbəti təxribatın qarşısını alarkən şəhid olub.
Dünən fevralın 4-də Turalın şəhadətə yüksəldiyi gün idi. Yaxınları doğmaları bu dəfə də şəhidimizi ziyarət etdilər. Dualar oxundu.
Ruhun şad olsun şəhidim!