

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Salyan şəhərində vətəndaşları qəbul edəcək.
APA FHN-ə istinadən xəbər verir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 11 oktyabr tarixində Salyan şəhərində, Nazirliyin Muğan Regional Mərkəzinin binasında saat 10:00-dan Salyan və Neftçala rayonları sakinlərinin qəbulu keçiriləcək.
Qəbula gələn vətəndaşların qeydiyyatı oktyabrın 10-da Nazirliyin Muğan Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]