

Fransanın PSJ klubu İspaniya millisinin və “Barselona”nın futbolçusu Lamin Yamalı transfer etmək istəyir.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, Paris təmsilçisi 18 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün Kataloniya klubuna 230 milyon avro təklif etməyə hazırlaşır.
Gənc vinger bu mövsüm “Barselona”nın heyətində 5 oyun keçirib, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun hazırkı transfer qiyməti 200 milyon avrodur.
Qeyd edək ki, dünya futbolunun hələlik ən bahalı transferi 2017-ci ildə Neymarın “Barselona”dan PSJ-yə keçididir. Fransa klubu həmin vaxt braziliyalı ulduza görə qarşı tərəfə 222 milyon avro təzminat ödəmişdi.