29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
9 Oktyabr 2025 12:52
6 741
Təbrizdə yaşayan Əsğər Məhəmmədi bəyin ailəsi 10 aya yaxın davam edən məhkəmə çəkişməsindən "Hunay " adına doğum haqqında şəhadətnamə ala bilib.
Gunaz.tv
Hüquqi şikayət və məhkəmə orqanlarında araşdırma aparıldıqdan sonra məhkəmə qanuni prinsipləri və vətəndaşların mədəni hüquqlarını əsas gətirərək ailənin xeyrinə qərar çıxarıb və doğum haqqında şəhadətnamədə “Hunay” adını qeyd edib.
İran İslam Respublikası Konstitusiyasının 15-ci maddəsinə əsasən, fars dili ilə yanaşı yerli və etnik dillərdən də istifadə azad elan edilib və dil, mədəniyyət və etnik kimliyə uyğun ad seçmək hüququn tərkib hissəsi hesab olunur. Bu hüquq həmçinin beynəlxalq sənədlərdə, o cümlədən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda (Maddə 27) və YUNESKO-nun Mədəni Müxtəliflik üzrə Ümumdünya Bəyannaməsində (2001) tanınır.
Bu hal mülki və insan haqları qurumları tərəfindən İranda türk xalqlarının dil və mədəni hüquqlarının reallaşmasının praktiki nümunəsi kimi qiymətləndirilə bilər və ölkədəki digər milli qrupların dil və mədəni hüquqları ilə bağlı ictimai məlumatlılığın gücləndirilməsinə zəmin yarada bilər.
28 Avqust 10:48
1 540
25 Avqust 11:15
2 702
25 Avqust 11:13
2 569