İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
9 Oktyabr 2025 12:51
5 026
Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında elektron məlumat bazası yaradılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazasında bir sıra rəsmi sənədlərin tam mətni, şairin zəngin həyat və yaradıcılığı, layiq görüldüyü fəxri adlar haqqında məlumat, elm, mədəniyyət, ədəbiyyat, mətbuat sahəsinin nümayəndələrinin, ictimai-siyasi xadimlərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır.
“Xalq şairi Bəxtiyar Vahabzadə 100” adlı bazada akademik Nizami Cəfərovun “Bəxtiyar Vahabzadə yaxud millətin şairi”, türkoloq, filologiya elmləri doktoru Nizami Məmmədov Tağısoyun “Bəxtiyar Vahabzadə poeziyasında idrakla intellektin vəhdəti” kimi məqalələrin tam mətni ilə yanaşı, şairin sözlərinə yazılmış bəstələrin, notların siyahıları, “Bəxtiyar Vahabzadə simpoziumu”, “Bəxtiyar Vahabzadənin gündəliyindən”, “Tərcümələr”, “Dissertasiya və avtoreferatlar”, “Virtual sərgi”, “Foto və video qalereya”, “Xatirəsinin əbədiləşdirilməsi” kimi bölmələr də mövcuddur.
Bundan əlavə, kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazasında şairin müəllifi, redaktoru, rəyçisi olduğu və onun haqqında qələmə alınan kitablar, dövri mətbuat nümunələri sərgilənir.
25 Mart 16:21
1 281
23 Mart 22:02
2 667
23 Mart 17:27
2 940