

Putin və Tramp arasında yeni görüş gündəmdə deyil.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə bildirib ki, Kreml və Ağ Ev təmasları davam etdirir və bu təmaslarda heç bir azalma yoxdur.
Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri sonuncu dəfə bu ilin avqustunda Alyaskada görüşüblər. Həmin görüşdə Putin Trampı növbəti görüş üçün Moskvaya dəvət edib.