İran ordusu: "Yenidən hücum olsa, yeni cəbhələr açacağıq"
Anar Quliyev: "Yaşıl" tikintiyə keçid yalnız ekoloji zərurət deyil, mühüm iqtisadi imkandır
Prezidentin köməkçisi: Azərbaycan WUF-a ev sahibliyi etmək üçün düzgün və uyğun məkandır
Rossbax: Azərbaycanda yenidənqurma prosesi icmaların fəal iştirakı ilə aparılır
15:26
518
Vətəndaş cəmiyyəti qlobal qərarların mərkəzində olmalıdır.
APA xəbər verir ki, bunu Qlobal Cənub QHT Platformasının Baş katibi Fuad Kərimli Azərbaycanın təşəbbüsü ilə WUF tarixində ilk dəfə keçirilən “WUF13 NGO Forum”un açılış mərasimində deyib.
"Bu gün yüzlərlə qeyri-hökumət təşkilatının bir araya gəlməsi qlobal vətəndaş cəmiyyətinin gücünü və ortaq iradəsini nümayiş etdirir", - o bildirib.
Fuad Kərimli qeyd edib ki, yaxın günlərdə Bakıda keçirilən ilk ümumi assambleya nəticəsində 1000-dən çox QHT-ni birləşdirən geniş platforma yaradılıb və bu proses qlobal vətəndaş cəmiyyətinin institusional baxımdan güclənməsində mühüm mərhələ olub.
O bildirib ki, Qlobal Cənubdan olan vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq əməkdaşlıq və həmrəylik üçün Bakı şəhərini yeni strateji mərkəz kimi görməyə başlayır.
Baş katib əlavə edib ki, şəhərsalma və qlobal urbanizasiya problemlərinin həllində vətəndaş cəmiyyətinin rolu artırılmalıdır: “Uzun müddət vətəndaş cəmiyyəti qlobal şəhər planlaşdırmasından kənarda qalıb. Lakin iqlim dayanıqlılığı və ədalətli mənzil kimi çağırışlar göstərir ki, həllər insanlar olmadan yaradıla bilməz”.
Çıxışda qeyd olunub ki, yerli və regional təcrübələrin qlobal siyasətə inteqrasiyası vacibdir və vətəndaş cəmiyyəti qərarvermə prosesinin ayrılmaz hissəsinə çevrilməlidir.