18 Avqust 15:40
Çadayev Azərbaycan ittihamlarından sonra Rusiya nəqliyyat nazirinin müşaviri vəzifəsindən gedib
İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Trampın Hörmüzlə bağlı iddiasına reaksiya verib
Əraqçi: Prezident Pezeşkianın Azərbaycan Prezidenti ilə telefon danışığı vəziyyəti tamamilə dəyişdi
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
21 May 13:38
2 072
WUF13-də ada dövlətlərinin çağırışlarını əks etdirən video nümayiş olunub.
WUF13 çərçivəsində keçirilən “Kiçik Ada İnkişaf Etməkdə Olan Dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və davamlı turizm” mövzusunda xüsusi sessiyada ada icmalarının problemləri və gözləntilərini əks etdirən videoçarx nümayiş olunub.
Videoçarxda kiçik ada dövlətlərinin sakinləri şəhərsalma və inkişaf siyasətlərində yerli icmaların daha çox dinlənilməsinə çağırış ediblər.
Mesajda vurğulanıb ki, “qeyri-rəsmi yaşayış məntəqələri” və “həssas qruplar” kimi xarakterizə olunan insanlar qərarların mərkəzində yer almalıdır.
Videoçarxda ada sakinlərinin su ilə mübarizə aparmadığı, əksinə, onunla birlikdə yaşamağı öyrəndiyi qeyd olunub və inkişaf layihələrinin yerli bilik və təcrübələrə əsaslanmasının vacibliyi vurğulanıb.
Mesaj müəllifləri şəhərlərin insanları mənfəətdən üstün tutmalı olduğunu, təbiətin qorunmasının isə sahiblik deyil, məsuliyyət məsələsi olduğunu bildiriblər.
Video “Bizi xilas etməyə gəlməyin, bizimlə birlikdə başlamağa gəlin” çağırışı ilə başa çatıb. Mesajda dayanıqlılığın yalnız infrastrukturdan ibarət olmadığı vurğulanaraq, beynəlxalq ictimaiyyətə “Bizimlə birlikdə yüksələcəksinizmi?” sualı ünvanlanıb.
18 Avqust 20:04
651
18 Avqust 17:19
714
18 Avqust 16:05
721
