18 Avqust 15:40
Çadayev Azərbaycan ittihamlarından sonra Rusiya nəqliyyat nazirinin müşaviri vəzifəsindən gedib
İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Trampın Hörmüzlə bağlı iddiasına reaksiya verib
Əraqçi: Prezident Pezeşkianın Azərbaycan Prezidenti ilə telefon danışığı vəziyyəti tamamilə dəyişdi
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
22 May 10:11
2 009
Bakıda keçirilən XIII Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində aborigen xalqların mənzil hüquqlarına həsr olunmuş dəyirmi masa təşkil edilib.
“APA-Economics” xəbər verir ki, “Müxtəlifliyi ilə bütün aborigen xalqlar üçün adekvat mənzil” mövzusunda keçirilən sessiyada mənzil siyasətinin torpaq hüquqlarına, mədəni kimliyə və ənənəvi həyat tərzinə hörmət prinsipləri əsasında qurulmasının vacibliyi müzakirə olunur.
Tədbirin gündəliyinə məcburi köçürülmənin qarşısının alınması, aborigen qadınların mənzil təminatı, torpaq hüquqlarının qorunması, eləcə də yerli icmaların qərarların qəbulunda iştirakının artırılması məsələləri daxil edilib.
Sessiyada BMT, hökumətlər, vətəndaş cəmiyyəti və müxtəlif ölkələrdən aborigen icmaların nümayəndələri iştirak edirlər.
Müzakirələrin əsas məqsədi aborigen xalqların mənzil təminatı sahəsində üzləşdikləri problemlərin və bu istiqamətdə tətbiq olunan uğurlu təcrübələrin paylaşılmasıdır.
18 Avqust 20:04
637
18 Avqust 17:19
700
18 Avqust 16:05
707