İctimai Birlik layihənin hazırlıq prosesini yekunlaşdırdı Cəmiyyət

İctimai Birlik layihənin hazırlıq prosesini yekunlaşdırdı

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi yeni - “İdeoloji təxribatlar və “fake news” məlumatlara qarşı maarifləndirmə və qorunma yolları” adlı layihənin hazırlıq prosesini yekunlaşdırıb.

"Cebheinfo.az" xəbər verir ki, İctimai Birlik hazırlıq mərhələsində layihəyədə nəzərdə tutulan fəaliyyətlərin icrası ilə bağlı müvafiq prosedurlar həyata keçirilib.

Qeyd edək ki, layihənin məqsədi saxta məlumat və informasiya manipulyasiyaları ilə ideoloji təxribatların törədilməsinin yaratdığı problemlərin, ictimai müqaviməti zəiflətməyə yönəlik addımların, dürüst informasiya almaq hüququnun və eyni zamanda insan hüquqlarının pozulmasına təsirinin cəmiyyətə aşılanmasıdır.

Layihə cəmiyyətdə kreativ düşüncənin inkişafı, “fake news” məlumatlara inanmamaq, ideoloji təxribatlara qarşı müqavimətin artırılması ilə vətəndaş və insan hüquqlarının müdafiəsini hədəfləyir.

Birlikdən verilən məlumata görə, layihə çərçivəsində 3 internet televiziya müzakirəsi keçiriləcək, 4 məqalə yayımlanacaq.