Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – Spark ’26-ya qeydiyyatı açıq elan edir
Kanada İran daxili işlər nazirinin keçmiş müavinini deportasiya etdi
Hakan Fidan Şibani və əl-Tani ilə Hörmüz boğazını müzakirə etdi
Əraqçi: Qalibafın ABŞ ilə danışıqlar üçün seçilməsi Pezeşkianın təklifi ilə olub
10 İyun 11:26
2 170
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-may ayları ərzində 19,4 min şəxsə əlillik təyin edilib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, onlardan 8,6 min şəxsə ilkin, 10,8 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.
Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.
Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.