11:58
322
Ötən ay Azərbaycandan Gürcüstana 3,55 milyon ABŞ dolları həcmində pul köçürülüb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.
İllik müqayisədə pul köçürmələrinin həcmində 10,99% artım qeydə alınıb.
İyulda Azərbaycanın Gürcüstana daxil olan pul köçürmələrində payı 1,01% təşkil edib.
Gürcüstandan Azərbaycana isə 6,98 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib ki, bu da ötən ilin eyni göstəricisini 12,4% üstələyir.
Hesabat ayında xaricdən Gürcüstana 350,05 milyon ABŞ dolları məbləğində pul köçürülüb, əks istiqamətdə isə 39 milyon ABŞ dolları həcmində pul vəsaitləri göndərilib.
12:50
42
12:49
35
12:29
266