12:02
287
Yəmənin "Ənsar Allah" hərəkatından olan üsyançı-husilər Səudiyyə Ərəbistanının dövlət şirkəti "Saudi Aramco"nun Cizan əyalətində yerləşən neft emalı zavoduna pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endiriblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə qiyamçıların nəzarətində olan "SABA" agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.
"Yəmən Silahlı Qüvvələri (husilər nəzərdə tutulur) bir neçə dronun köməyi ilə Cizandakı "Aramco" neft emalı zavoduna hücum edib", - deyə agentlik mənbənin sözlərini sitat gətirir.
"SABA"nın həmsöhbəti iddia edib ki, bu hücum güman ki, Yəmənin Saada və Həcca əyalətlərində hava məkanının pozulmasına cavab olaraq həyata keçirilib.
Məryəm Quliyeva