Polşa və Ukrayna "Patriot" raketləri ilə bağlı danışıqları davam etdirir Gündəm

Polşa və Ukrayna "Patriot" raketləri ilə bağlı danışıqları davam etdirir

Polşa və Ukrayna Silahlı Qüvvələrinə "Patriot" sistemləri üçün raketlərin verilməsi ilə bağlı danışıqları davam etdirirlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukraynanın Varşavadakı səfiri Vasili Bodnar "RMF FM" radiosunun efirində məlumat verib.

​"Biz işi davam etdiririk, təfərrüatları Müdafiə Nazirliyi təqdim edəcək", - deyə Bodnar aparıcının Kiyevin Polşa hakimiyyətindən raketlərlə bağlı cavab alıb-almaması ilə bağlı sualına cavabında bildirib.

​Diplomat əlavə edib ki, "çox guman ki, qəbul edilən qərar barədə ictimaiyyətə açıqlama verilməyəcək".

Məryəm Quliyeva